Aksay rayonu (Rostov vilayəti)

Aksay rayonuRusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Aksay şəhəridir.

Rayon
Aksay
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

47°16′ şm. e. 39°52′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Aksay
Tarixi və coğrafiyası
Yaradılıb 1936
Sahəsi 1.170 km²
Hündürlük
2 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 121.433 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86350
Rəsmi sayt
Aksay xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aksay rayonu ərazisində ilk yaşayış məntəqəsi haqqında yazılı mənbə 1570-ci ilə aiddir. 1742-ci ildə burada Ust-Aksay stansiyası salınır. Aksay qədim türklərin Ağ çay adlandırdıqları toponimin rus variantıdır[2]

Aksay rayonu bir inzibati vahid olaraq 1936-cı ildən mövcuddur.

Aksay rayonu Rostov vilayətinin mərkəsində yerləşir. 117,0 min hektar ərazini əhatə edir.

Rayon ərazisindən axan çaylar:

  • Aksay çayı
  • Bolşoy Loq çayı
  • Bolşoy Nedvetay
  • Qruşevka çayı
  • Don çayı
  • Koysuq çayı
  • Suxoy Batay
  • Temernik çayı
  • Tuzlov çayı
  • Çerkasskaya çayı

Rayon ərazidində yerləşən göllər:

  • Balaqurskoe
  • Bolşoy Liman — rayonun mərkəzində
  • Bolşoy Liman — rayonun şərqində
  • Bolşoy Sunduk
  • Qeneralskoe — Olqinski stansiyası yaxınlığında
  • Qeneralskoe — Aleksandrovki yaxınlığında
  • Dlinnoe
  • Krivoe — rayonun şərqində
  • Krivoe — rayonun qərbində
  • Kruqloe — rayonun qərbində
  • Kruqloe
  • Krutovatoe
  • Mayıy Sunduk
  • Monastır gölü — rayonun ən böyük gölü
  • Pesçanoe — rayonun şərqində
  • Pesçanoe — rayonun qərbində
  • Podpolnoe
  • Svetloe

Rayonnərazisində 36 sənaye, 24 tikinti, 10 nəqliyyat, 26 kənd təsərrüfatı, 200 fərdi kəndli-fermer təsərrüfatı müəssisəsi fəaliyyət göstərir. Kiçik müəssisələrin sayı 800 keçir. Rayonda təsərrüfat sahələrinin istehsalatda müvafiq payı:

  • Sənaye — 47,7 %,
  • Kənd təsərrüfatı — 19,8 %,
  • Nəqliyyat — 8,8 %,
  • Tikinti — 8,9 %.
  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "История Донского края — Аксайский район". 2009-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.