Aksept evi(Accepting house) - Əsasən, yardımçı maliyyə xidmətlərinin (ticarət, xüsusi ilə də xarici ticarət əməliyyatları zamanı meydana gələn köçürmə veksellərinin (trattaların) akseptləşdirilməsi, qiymətli kağızların yeni buraxılışlarının yerləşdirilməsi, birləşmələr və udulmalar, xarici valyuta əməliyyatları, investisiya portfellərinin idarə olunması kimi müəyyən maliyyə əməliyyatları ilə əlaqədar məsələlər üzrə məsləhətlər verilməsi və s.) üzrə ixtisaslaşan maliyyə qurumu. Məsələn, Böyük Britaniyada ticarət bankı kimi formalaşan və əsasən, xarici ticarətin kreditləşdirilməsi üzrə ixtisaslaşan belə bir qurum kommersiya veksellərinin akseptləşdirilməsi ilə yanaşı, kredit və depozit əməliyyatları da həyata keçirir və müştərilərinə bank-kredit sahəsində məsləhət xidmətləri də göstərir.[1]