Aksidensiya [ lat. accidentia; — təsadüfi yaranan] – yunan dilinə (yun. συμβεβηκός) Aristotel tərəfindən gətirilmiş və əşyanın mühüm, daimi, substansional olandan (substansiya) fərqli müvəqqəti, keçici, qeyri mühüm xassəsini nəzərdə tutan fəlsəfi termindir. Aksidensiya termini fəlsəfə tarixi boyunca fəqli mənalarda işlədilmişdir. Azərbaycan dilində aksidenisya termini əvəzinə daha çox tarixən "ərəz" termini işlənilirdi. Görkəmli Azərbaycan filosofu Bəhmənyar aksidensiyanı "əl-arad" adlandırmışdır (bunun əksi olan substansiyanı isə "əl-cəuhər").[1] Bu anlamda aksidensiya nisbətən, yeni, modern bir termindir və avropa mənşəli hesab olunur. Aksidensiya termini xristian fəlsəfəsində çox böyük əhəmiyyət daşıyır.
Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”