Aktiv Boyaq Maddələri

Aktiv boyaq maddələri – molekulunda atom və ya atomlar qrupu saxlayan və boyama zamanı liflərin makromolekullarının funksional qrupları (OH, NH2) ilə möhkəm kovalent rabitə yaradan (məsələn: amid, mürəkkəb efirlər) sintetik boyalar. Aktiv boyaq maddələri rəngin davamlılığını təmin edir. Aktiv boyaq maddələri sellülozlu lif materiallarının, təbii ipək və yunun, az hallarda poliamid liflərin boyanmasında (bəzək vurul masında) geniş istifadə edilir. Aktiv Boyaq Maddələri molekulunda reaksiyaya qabil qruplar (məsələn, 1,3,5 — trixlorazin qalığı, 2,4,6-trixlor və ya 2,4,5,6-tetraxlorpirimidin, 2-bromakrilamid, vinilsulfon qrupu) boyağın rəngini təyin edən xromofor sistemlə əlaqədardır. Reaksiyayaqabil qrupları daxil etməklə rəngi sarıdan qarayadək dəyişən istənilən xromofor sistemli aktiv boyalar almaq olur. Belə ki, aktiv monoazoboyalar sarı, yaşıl və qırmızı, antraxinonlu Aktiv Boyaq Maddələri göy, mis ftalosianın əsasında olan Aktiv Boyaq Maddələri isə füruzəyi rənglərə boyayır. Sellülozlu lifli materiallar üçün xlortriazinli, xlorpirimidinli, vinilsulfonlu Aktiv Boyaq Maddələri daha çox tətbiq edilir. Dixlortriazinli Aktiv Boyaq Maddələri (məsələn, formul I) başlıca olaraq monoazoboyaların və ya onların metallarla komplekslərinin sianurxloridlə emalından (formul II), həmçinin 1-amino-4 — brom-antraxinon 2-sulfoturşunun (formul III) aromatik diaminlərlə arilaminləşmə məhsullarından alınır. Monoxlortriazin Aktiv boyaq maddələri (məsələn, formul IV) dixlortriazinli Aktiv boyaq maddələrində xlor atomlarının amin və ya alkoksi qrupla əvəz edilməsindən alınır. Pirimidinli Aktiv Boyaq Maddələri, məsələn, dixlorpirimidinli Aktiv boyaq maddələri (formul V) triazinlərə analoji olaraq 2,4,6-trixlor və ya 2,4,5,6-tetraxlorpirimidindən istifadə edilərək alınır. Vinilsulfonlu Aktiv Boyaq Maddələri molekulunda 2-sulfoksietilsulfon qruplu SO2CH2CH2OSO3H qələvi mühitdə boyama prosesində liflə qarşılıqlı təsirdə olan vinilsulfona SO2CH=CH2 çevrilir. Məsələn, azoqoşmada vinilsulfonlu azoboyalar almaq üçün tərkibində reaksiyayaqabil qruplar olan diazotlaşmış aromatik aminlərdən istifadə edilir. Yunu boyamaq üçün 2 — brom akrilamidli CH2=C(Br)CONH, monoxlordiflüorpirimidinli, N-metiltauriletilsulfonlu SO2CH2CH2N(CH3)CH2CH2SO3H və digər qruplu aktiv boyalar istifadə edilir. Poliamid və asetat liflərin bərabər boyanmasında davamlı rəng alınması üçün dispers boyaların molekullarına reaksiyayaqabil qruplar (məsələn, 2-xloretilaminsulfonlu SO2NHCH2CH2C1) daxil edilir. Aktiv boyaq maddələrinin qələvi mühitdə liflə qarşılıqlı əlaqəsi boyanın hidrolizi ilə müşayiət olunaraq, boyanın lifdə saxlanmasını xeyli azaldır. Boyanın saxlanmasını artırmaq üçün Aktiv boyaq maddələri molekullarına eyni və ya müxtəlif xromofor sistemlərdə yerləşə bilən iki reaksiyayaqabil (məsələn, xlortriazinli və sulfoksetilsulfonlu) qruplar daxil edilir.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 248. ISBN 978-9952-441-02-4.