Aktivlərin dövriyyəsi əmsalı (ing. assets turnover ratio) — aktivlərdən istifadənin səmərəliliyini əks etdirən maliyyə göstəricisi. Şirkətin öz aktivlərini nə dərəcədə effektiv idarə etdiyini, cari və ya proqnozlaşdırılan satış həcmləri ilə əlaqədar şirkətin balansındakı aktivlərin ümumi sayının kifayət qədər, böyük və ya kiçik olub olmadığını təhlil etmək üçün istifadə olunur. Aktivlərə həddən artıq sərmayə qoyuluşu sərbəst pul axınını və şirkətin səhm qiymətini azaldır. Aktivlərə az investisiya qoyulması adətən satış həcminin azalması ilə nəticələnir ki, bu da sərbəst pul axını və səhm qiymətlərini azaldır[1].
iqtisadiyyatda iki məna var:
Formula: K = Məhsulların satışından əldə edilən gəlir / Aktivlərin orta illik dəyəri