Akustik interferometr

Akustik interferometr — düzgün səs dalğaları uzunluğunun () ölçülməsinə əsasən mayeqazlarda səsin sürətini təyin etmək üçün qurğu. Akustik interferometr prinsipcə səs mənbəyindən (reproduktor, telefon, pyezoelement və s.) və səs dalğalarının qarşısında, mənbədən məsafədə qoyulan reflektordan ibarətdir. Mühitdə səs mənbəyi ilə reflektor arasında durğun dalğalar yaradılır. Onların dalğa uzunluğunu (λ) müxtəlif üsullarla ölçərək, düsturundan səsin sürətini təyin edirlər ( – mənbəyin buraxdılığı səs rəqslərinin təzyiqidir). Akustik interferometrdən, əsasən, ultrasəs tezliklərində istifadə olunur. Belə akustik interferometrdə səs mənbəyi pyezoelektrik şüalandırıcılarıdır.[1]

  1. Акустик интерферометр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 209.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]