Akvitanlar

Aktivanlar və digər Hind-Avropa mənşəli olmayan tayfalar qara rəngdə verilmişdir.

Akvitanlar — e.ə. I əsrdə indiki Fransanın cənub-qərbində[1] Pireneylər, Atlantik okeanıQaronna arasındakı regionda yaşamış tayfa. Romalılar bu bölgəni "Gallia Aquitania" adlandırdılar. Yuli SezarStrabon kimi klassik müəlliflər akvitanları Qalliyanın digər xalqlarından aydın şəkildə fərqləndirir və onların Pireney yarımadasındakı digərləri ilə oxşarlığını qeyd edirlər.

Romalılaşdırılma prosesi zamanı akvitanlar tədricən vulqar latın diliniRoma sivilizasiyasını mənimsəmişdilər. Onların köhnə dili olan aktivan dili bask dilinin[2] əcdadı və Qaskonda danışılan qaskon dilinin substratı idi.

  1. Waldman, Carl; Mason, Catherine. Encyclopedia of European Peoples (ingilis). Infobase Publishing. 2006. 38. ISBN 9781438129181. 2023-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06. The Aquitani [...] lived in Gaul in the region between the Garonne River and the Pyrenees in present-day southwestern France [...].
  2. Trask, L. The History of Basque Routledge: 1997 ISBN 0-415-13116-2

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]