Alçın Şirinzadə (azərb. Şirinzadə Alçın Əlsəftər oğlu:) (23 may 1951, Bakı) — 2007–2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru[1], texnika elmləri doktoru, professor[2]
Alçın Şirinzadə | |
---|---|
Alçın Əlisəftər oğlu Şirinzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 3 |
Elm sahəsi | Neft |
Elmi dərəcəsi | texniki elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz yataqlarının işlənməsi fakültəsi |
Mükafatları |
Alçın Əlsəftər oğlu Şirinzadə 23 may 1951-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz yataqlarının işlənməsi fakültəsinə daxil olmuşdur.[3][4]
1973-cü ildə həmin fakültəni bitirərək ilk iş yerinə — Neft Daşlarına yollanmışdır. Əvvəlcə neft-qaz çıxarma operatoru, 1974–1975-ci illərdə mühəndis-texnoloq, mədən rəisinin müavini işləmişdir. 1975–1981-ci illərdə böyük mühəndis-texnoloq kimi fəaliyyət göstərmişdir. 1981–1984-cü illərdə neftçıxarma işində artıq təcrübə qazanmış və onu "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyində neft hasilatı şöbəsinə baş texnoloq təyin etmişlər. 1984–1990-cı illərdə ADNA-nın iqtisadiyyatın təşkili və idarə olunması kafedrasında dosent, 1990–1992-ci illərdə "Xəzərdənizneftqaz" İstehsalat Birliyində texniki şöbənin rəisi, 1992–1994-cü illərdə "Azneft" neft və qaz hasilatı baş idarəsində neftçıxarma üzrə istehsalat şöbəsinin rəisi, 1994–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dənizdə neft-qazçıxarma İB-də baş mühəndisin müavini işləmişdir. 1996-cı ilin avqust ayından 2006-cı ilin əvvəlinə kimi "Neft Daşları" NQÇİ-nin rəisi vəzifəsində çalışmışdır.[5]2006-cı ilin fevralında isə Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihələşdirmə İnstitutunda direktorun elmi işlər üzrə müavini təyin olunmuşdur. 2007-ci ildən 2019-cu ilə qədər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır.[6] 1983-cü ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Milli Aerokosmik Agentliyində fəaliyyət göstərən Dissertasiya Şurasının sədridir. O, 2007-ci ildən "Azərbaycan Milli Aerokosmik Agentliyinin xəbərləri" jurnalının baş redaktoru, Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvüdür. 100-ə qədər məqalənin, 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 15 müəlliflik şəhadətnaməsi almışdır. Azərbaycan Xəzər Universitetinin Direktorlar Şurasının üzvüdür.
Evlidir. Aytən, Firuzə və Nərgiz adlı üç övladı var.
"Tərəqqi" medalı ilə təltif olunmuşdur.