Alümosilikatlar

Alümosilikatlar - minerallar

Alümosilikatlar
Ümumi məlumatlar
Kateqoriya Mineral

Alümosilikatlar kristallik quruluşunda Si-la Al mövqeyi eyni olan metasilikat turşusunun birləşmələri. Zəncirvari quruluşlu minerallarda Si-un 1/4, təbəqəli və karkaslı quruluşlarda isə 1/2 hissəsi Al-la əvəz oluna bilər. Bu halda struktura bir (Na, K) və ya ikivalentli (Ca, Ba və b.) elementlərin — ionlarının daxil olması ilə elektrostatik müvazinət bərpa olunur. Ən çox yayılmış alümosilikatlar: çöl şpatları, feldşpatoidlər, seolitlər, mikalar, xloritlər, skapolit və b.

  • Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.