Skapolit

Skapolit (Na, Ca)4 (Cl, CO3) [Al (Si, Al) Si2O8]3 — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Skapolit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya tetraqonal[d]
Sıxlıq 2,655 ± 0,09 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marialit (Ma) – Na8 [(Cl2, SO4, CO3) | (AlSi3O8)6] — meyonit (Me) – Ca8 [(Cl2, SO4, CO3)2 | (Al2Si2O8)6] izomorf sırasının dəyişkən tərkibli mineral növüdür.

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Qlavkolit – skapolitin mavi və ya göyümtül-bənövşəyi, stroqanovit – bozumtul-yaşıl növ müxtəliflikləri.

Rəng – ağ, boz, açıq-sarı, yaşılımtıl, bozumtul-yaşılımtıl, mavi, tünd-göy, yaxud qırmızı, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; ayrılma müstəvilərində sədəfiyədək; Şəffaflıq – işıqkeçirən, tutqun, nadir hallarda – şəffaf; Sıxlıq – 2,60–2,75; Sərtlik – 5–6; Kövrəkdir; Ayrılma – {100} üzrə orta, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – pilləli-qeyri-hamar, qabıqlı; Morfologiya – kristallar: prizmatik kristallarının en kəsiyi, adətən, kvadrat formalı olur; Mineral aqreqatları: dənəvər, sıx, şüalı, lifli kütlələr, druzalar.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Ən çox kontakt — metasomatik (skarnlar; dəmir filizi və şeelit yataqları) və metamorfik (mərmərlər, qneyslər, qranulitlər, şistlər, amfibolitlər) əmələgəlmələrdə yayılmışdır. Bəzən alp tipli damarlarda, peqmatitlərdə, habelə hidrotermal-dəyişilmiş əsasi süxurlarda, druzalar şəklində vulkanik süxur boşluqlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, qranatlar, piroksenlər, kalsit, floqopit, epidot, apatit, daşkəsənit, vollastonit, maqnetit, kobaltin, şeelit və b. Mineralın tapıldığı yerlər: Madaqaskar adası; Tosatal (İtaliya); Tunaberq (İsveç); Parqas ad. (Finlandiya); Arendzal (Norveç); Pribaykalyedə Slyudyanka və Bıstraya çay hövzələri, Uralda İlmen dağları (Rusiya) və b. Azərbaycanda DaşkəsənGədəbəy rayonlarının skarnlarında qeyd edilir.

Gözəl boyanmış növ müxtəliflikləri qiymətli zərgərlik daşıdır.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]