Alış Qasımov

Qasımov Alış Məmiş oğlu (1960, Milabad, Jdanov rayonu) — hüquq elmləri doktoru, professor, Hüquq elmləri doktoru, Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri.

Alış Qasımov
Qasımov Alış Məmiş oğlu
Doğum tarixi 1960
Doğum yeri
Elmi dərəcəsi hüquq elmləri doktoru
Elmi adı professor

1960-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuşdur[1].

1982-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olmuş və 1988-ci ildə oranı "Hüquqşünaslıq" ixtisası üzrə bitirmişdir.

1979-cu ilin aprelin 20-dən 1981-ci ilin iyunun 6-dək Sovet Ordusu sıralarında xidmət keçmişdir.

1988-ci ilin iyulun 11-dən 1989-cu ilin fevralın 20-dək Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsində kuryer, kargüzar və dəftərxana müdiri vəzifələrində işləmişdir.

1989-cu ilin fevralın 21-dən taleyini Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə bağlamış, metodist, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir.

1991-ci ildə istehsalatdan ayrılmadan ADU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının aspiranturasına daxil olmuşdur.

1995-ci ildə AR Prezidenti yanında AAK-nın qərarına əsasən kafedranın dosenti elmi adına layiq görülmüş, 2004-cü ilin dekabrından isə kafedranın professoru seçilmişdir.

2002-ci ilin fevralın 18-dən bu günə kimi Mülki proses, əmək və ekologiya hüququ kafedrasına rəhbərlik edir.

Professor A. M. Qasımov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Dövlət və hüquq" bölməsinin katibi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət Şurasının üzvü, AMEA-nın nəzdində Hüquq problemləri əlaqələndirmə Şurasının üzvü, "Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri" adlı elmi-məcmuənin, "Qanun", "Dövlət və hüquq", "Hüquq və gənclik" jurnallarının, Azərbaycan Respbulikası Ali Məhkəməsinin Bülleteninin redaksiya heyətinin üzvüdür.

2001-ci ildə Müqəddəs Həcc, 2002-ci ildə isə Müqəddəs Kərbala və Məşhəd ziyarətlərində olmuşdur.

BDU-nun 80 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Ailəlidir, üç övladı var.

  • Əmək və bəzi mülki hüquq münasibətlərinin oxşar və fərqli cəhətləri: Dərs vəsaiti. Bakı: Bakı Universiteti nəşriyyatı, 1994
  • Əmək hüquq münasibətlərində əmlak səlahiyyətləri sistemi: Monoqrafiya. Bakı: Bakı Universiteti nəşriyyatı, 1994 (birgə müəllifliklə)
  • Sxodstvo i razliçie mejdu trudovımi i nekotorımi qrajdansko-pravovımi otnoşeniəmi: Uçebnoe posobie. Baku: İzd-vo Bakinskoqo Universiteta, 1995
  • Əmək hüququ: Dərslik. Bakı: Qanun, 1996
  • Trudovoe pravo Rossii: Praktikum. M.: Osğ-89, 1998
  • Zanətostğ, trudoustroystvo, individualğnıy trudovoy doqovor (kontrakt): Uçebnoe posobie. Baku: İzd-vo Bakinskoqo Universiteta, 1999,
  • İnsan və vətəndaş hüquqlarının məhkəmə müdafiəsi haqqında: Dərs vəsaiti. Bakı: Qanun, 2000 (birgə müəllifliklə)
  • Trudovoy doqovor (kontrakt): balans sil i balans interesov. Monoqrafiə. M.: Öridiçeskie vesti, 2000 (v soavtorstve)
  • Vzaimnaə materialğnaə otvetstvennostğ v trudovom prave Azerbaydjanskoy Respubliki. Monoqrafiə . M.; Soöz, 2001
  • Əmək müqaviləsi tərəflərinin qarşılıqlı maddi məsuliyyətinin sosial-hüquqi əsasları. Monoqrafiya. Bakı: Bakı Universiteti nəşriyyatı, 2001.
  • Azərbaycan Respublikasının pensiya hüququ: Dərs vəsaiti : Bakı: Digesta, 2002 (birgə müəllifliklə)
  • Azərbaycan Respublikasının əmək hüququnda qarşılıqlı maddi məsuliyyət. Monoqrafiya. Bakı: Qanun, 2002.
  • Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Kommentariyası. Bakı: Digesta, 2002 (birgə müəllifliklə)
  • Əmək hüququ üzrə qarşılıqlı maddi məsuliyyətin əsasları və şərtləri: Dərs vəsaiti. Bakı: Bakı Universiteti nəşriyyatı, 2002
  • Taleyi tarixə dönən şəxsiyyət. Bakı: Təhsil nəşriyyatı, 2004
  • Əmək hüququ. Ümumi hissə: Dərs vəsaiti. Bakı: Qanun, 2005
  • Azərbaycan Respublikasında əmək haqqının hüquqi tənzimlənməsi: Dərs vəsaiti. Bakı: Adiloğlu, 2007 (birgə müəllifliklə)Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Kommentariyası. Bakı: Adiloğlu, 2007, 879 s. (birgə müəllifliklə)
  • Əmək hüququ: Dərslik. Bakı: Adiloğlu, 2007
  1. "Qasımov Alış Məmiş oğlu-hüquq elmləri doktoru,professor". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.