Alı Əliyev

Alı Allahverən oğlu Əliyev (1922, İkinci Şıxlı1998, Bakı) — alim, tarix elmləri doktoru, professor, Azərb. Kp MK yanında olan Bakı Ali Partiya Məktəbində rektorun tədris və elmi hissə üzrə müavini (1956–1961), İnşaat Mühəndisləri Universitetində Tarix kafedrasının müdiri (1957-ci ildən). "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir.[1]

Alı Əliyev
Alı Allahverən oğlu Əliyev
Doğum tarixi 1922
Doğum yeri
Vəfat tarixi 1998
Vəfat yeri
Vətəndaşlığı
Elm sahəsi tarix
Elmi dərəcəsi
Elmi adı professor
Təhsili

Həyatı və elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Alı Əliyev 1922-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1939-cu ildə Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. İkinci dünya müharibəsində (1941–1945) iştirak etmişdir. "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir.[1]

1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işə qəbul olunmuşdur. 1954-cü ildə Sov. İKP MK nəzdində olan olan İctimai Elmlər Akademiyasının aspiranturasını bitirmiş, namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildən yenidən Azərbaycan Kp MK-da məsul təşkilatçı, şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.[1]

1956–1961-ci illərdə Azərb. Kp MK yanında olan Bakı Ali Partiya Məktəbində rektorun tədris və elmi hissə üzrə müavini vəzifələrində çalışmışdır. 1967-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. 1961–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (İndiki Azərbaycan Texniki Universiteti) dosent, professor vəzifələrində çalışmışdır.[1]

1975-ci ildən ömrünün axırına qədər İnşaat Mühəndisləri Universitetində Tarix kafedrasının müdiri olmuşdur.[1]

200-dən çox elmi əsərin, 20-dan çox kitabın müəllifidir.[1]

1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

"Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.  (az.)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.