Alaşa (bulaq)

AlaşaAzərbaycan Respublikasının Astara rayonunun Alaşa kəndi ərazisində mineral bulaq.[1]

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının ərazisində 100-ə qədər azotlu su növü var ki, bunlardan biridə Alaşa bulağının suyudur. Suyun hərarəti 45–50°C-yə qədər olur. Bu su isti azotlu sular qrupuna daxildir ki, bunların əhəmiyyəti daha çoxdur.

Alaşa mineral bulağı Astara rayonunun Alaşa kəndindən 3 km qərbdə , İstisu çayının yatağında yerləşən 16 bulaqdan ibarətdir. Bulaqlar yüksək debitli olub, acı-şordur. Yerli əhali tərəfindən müalicə məqsədi üçün istifadə olunur.

Bu hidronim türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at", "köçəri həyata alışmış heyvan", "coşan, harın, inadkar", "aşağı, alçaq", "bel, arxa", "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoşa gəlməyən su" mənasını ifadə edir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.32.