Alabuka rayonu

Alabuka rayonu (qırğ. Алабука району) — Qırğızıstan Respublikasının Cəlalabad vilayətinin inzibati vahidi. İnzibati mərkəzi Alabuka kəndidir.

Alabuka rayonu

41°24′29″ şm. e. 71°27′47″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 2.976 km²
Saat qurşağı
Alabuka rayonu xəritədə

Tarixi[redaktə | mənbəni redaktə et]

Mərkəzi Alabuka kəndində olan Alabuka rayonu 2 sentyabr 1936-cı ildə Qırğızıstan MSSR-in tərkibində qurulur[1][2]. 1936-cı ilin dekabrından isə Qırğızıstan SSR-yə daxil olur. 1938-1939-cu illərdə Cəlalabad dairəsinin, 21 noyabr 1939-cu ildən Cəlalabad vilayətinin bir hissəsi idi.

27 yanvar 1959-cu ildə Cəlalabad vilayətindən Oş vilayətinə verilməsi ilə, Alabuka rayonu Cangi-Col rayonuna birləşdirilir.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Rayon Cəlalabad vilayətinin şimal-qərbində, Özbəkistanın Nəməngan vilayətinin 4 rayonu (Yeni-Kurqan, Kasansay, Çust, Pap) ilə sərhəddədir.

Çatkal rayonu Özbəkistanla sərhədə doğru bir-birindən ayrılmış iki hissədən ibarətdir.

Alabuka rayonu Tereksay çayı boyunca çoxsaylı allyuvial düzənliklərində qızıl və mis yataqları vardır.

Əhali[redaktə | mənbəni redaktə et]

Qırğızıstanda aparılan 2009-cu il siyahıyaalınmasına görə, qırğızlar rayonun 104 518 sakinindən 90 628 nəfərini (ya da 89,3%), özbəklər 7341 nəfərni və ya 6,1%-ni, taciklər 6549 nəfər və ya 4,6%-ni təşkil edir.

Görməli yerlər[redaktə | mənbəni redaktə et]

Şah-Fazil tarixi-memarlıq kompleksi rayon ərazisində yerləşir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Киргизская ССР. Административно-территориальное деление на 1 января 1949 года. — Фрунзе: Киргизгосиздат, 1949. — 124 с.
  2. "Ала-Букинский район // Министерство чрезвычайных ситуаций Киргизской Республики". 2018-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.