Alagöl (Qazaxıstan)

Alagöl (qaz. Алакөл) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biridir. O, respublikanın cənub-şərq hissəsində Çin Xalq Respublikası ilə həmsərhəddir

Alagöl
Алакөл
Ümumi məlumatlar
Mütləq hündürlüyü 347 m
Eni 104 km
Uzunluğu
  • 52 km
Sahəsi
  • 2.650 km²
Həcmi 58.600 hm³
Dərin yeri 54 m
Yerləşməsi
46°04′52″ şm. e. 81°45′51″ ş. u.HGYO
Ölkə
Alagöl xəritədə
Alagöl
Alagöl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alagöl gölü Alagöl gölləri sırasında ən böyük göldür. O, öz gözəlliyi və insan əli dəyməmiş təbiətinə görə nadirdir. Göl dəniz səviyyəsindən 347 metr yüksәklikdә yerləşir. Onun uzunluğu 104 km, eni isə 52 km-ə çatır.

Gölün sahili nadir qara müalicəvi çınqıl örtüyə malikdir. Alagöl gölünün suyunun tərkibi dəniz suyunun tərkibi ilə eynidir: natrium sulfat-xloridi. Gölün suyu ilıqdır, suyun orta temperaturu 26 dərəcədir. Gölün suyu dəri xəstəliklərinin: psoriaz, ekzema, neyrodermit, örə müalicəsi üçün əhəmiyyətli olan faydalı xüsusiyyətlərə malikdir. Təcrübə üsulu ilə sübut olunmuşdur ki, su artrit və sinir sisteminin xəstəlikləri üçün yaxşı müalicəvi təsirə malikdir. Gölün qəribə suyu həmçinin insanın ümumi fiziki vəziyyətini də yaxşılaşdırır. Alagöl gölünün dərəsi az rütubətə malik zonada yerləşir. Bu isə ağ ciyər xəstəliklərindən əziyyət çəkən xəstələr üçün yaxşı şәraitin inkişafına yardım edir. Alagöl gölünə gələn turistlər Almatının şimal-şərq hissəsində, gölün cәnub-qərb sahilində yerləşən "Arktur" istirahət mərkəzində qala bilərlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 GEOnet Names Server. 2018.