Alagöllər — Azərbaycanın Laçın rayonunun şimal-qərbində, Qarabağ yaylasında dağ. Sönmüş vulkan konusudur. Hündürlüyü 3,175 metrdir. Subalp və alp çəmənlikləri var.[1] Laçın rayonunun mərkəzi 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyinə görə dağın yerləşdiyi ərazi erməni işğalı altında idi. 1 dekabr 2020-ci tarixində Azərbaycan tərəfindən azad edilmişdir.
Alagöllər | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Qarabağ vulkanik yaylası |
Yerləşməsi | |
Ölkə |