Alan Derşovitz

Alan Derşovitz (1 sentyabr 1938[1][2][…], Bruklin, Nyu-York ştatı) — məşhur vəkil.

Alan Derşovitz
ing. Alan Dershowitz
Doğum tarixi 1 sentyabr 1938(1938-09-01)[1][2][…] (86 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti ssenarist, universitet müəllimi[d], vəkil, rəsm kolleksioneri[d]
Partiyası
alan-dershowitz.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alan Derşovitz dünyada ən məşhur vəkillərdən biridir və o mülki hüquqların qorunması ilə bağlı sayı-hesabı bilinməyən işlərdə müvəffəqiyyət qazanmışdır. "Newsweek" ona şəxsiyyət hüquqların ən görkəmli müdafiəçisi adını vermişdir. "Time" onu ədliyyənin müqəddəs İudası kimi təsvir etmişdir. Bütün bunlar göstərir ki, Derşovitz tarixdə ən möhtəşəm və hal-hazırda fəaliyyət göstərən vəkillərdəndir.

Alan Derşovitz 1962-ci ildə Yel Hüquq məktəbini bitirmişdir orada o, Yel Hüquq jurnalının baş redaktoru olmuşdur. Sonradan Harvard Hüquq məktəbi ilə əməkdaşlığa başladı və Harvard Hüquq məktəbinin tarixində ən cavan hüquq üzrə professoru oldu (28 yaşında).

Vəkillik fəaliyyəti dövründə o cinayət işlərə və ölkədə ən səs-küylü işlərə qatılmışdır (o cümlədən, Patrisiya Herst, Leona Helmsli, Mayk TaysonOJ Simpson). Onun mülki hüquqların qorunması ilə bağlı görülən işlərinə görə Anti-diffamasiya Liqası tərəfindən William O Douglas First Amendment mükafatı verilmişdir.

Baxmayaraq ki, Derşovitzin hüquq fəaliyyəti həmçinin çox ziddiyyətli və mübahisəli olmuşdur, mülki hüquqların qorunmasında bir-çox şübhəli anlar olmuşdur, onun məhkəmə döyüşləri və təcrübəsi miras kimi şübhəsiz gələcək nəsillərə örnək olacaq.