Aland

Aland adaları[1] (isv. Åland — Oland) və ya Ahvenanmaa[1] fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət.

Aland adaları
fin Ahvenanmaa
isv. Landskapet Åland
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
"Islands of Peace"
Rəsmi dilləri
Paytaxt Mariehamn
Sahəsi
 • Ümumi 13324 km²
 • Su sahəsi (%) 89
Əhalisi
 • Əhali 27 700 nəfər
Valyuta avro
İnternet domeni .ax
ISO kodu AX
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib. Alandlılar bu təklifi rədd ediblər, münaqişə yetişməyə başlasa da, tərəflərdən heç biri silaha əl atmayıb.

1921-ci ildə Millətlər Liqası Aland adalarının Finlandiyanın neytral və hərbsizləşdirilmiş ərazisi olması barədə qərar çıxarır. 1921-ci ilin iyununda verilmiş qərarla Finlandiyanın üzərinə adalarda yaşayan əhalinin İsveç dilini, adət və ənənələrini saxlamaq, İsveç mədəniyyətinin inkişafına təminat verməsi barədə öhdəlik qoyulur.

İsveçlə Finlandiya arasında bağlanmış müqaviləyə görə, Aland əhalisi dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alır, assimilyasiya olunmaq təhlükəsi aradan qalxır. İsveç adalardakı İsveç əhalisinin təhlükəsizliyinə və onunla maneəsiz əlaqə yaratmağa təminat alır.

1922-ci il özünüidarə qanununa əsasən, yerli parlament - laqtinq adaların daxili işləri və büdcə haqqında qanun qəbul edə bilər. Hökuməti də laqtinq təyin edir. Finlandiya konstitusiyasına uyğun olaraq özünüidarə qanunlarına Finlandiya parlamenti yalnız Aland adaları laqtinqinin icazəsi ilə dəyişikliklər edə bilər. Laqtinqin hüquqi səlahiyyətləri təhsil və mədəniyyəti, səhiyyə və iqtisadiyyatı, nəqliyyatı, kommunal təsərrüfatı, polisi, poçtu, radio və televiziyanı əhatə edir. Bu sahələr üzrə Alandın suveren dövlət səlahiyyətləri var. Qalan qanunvericilik səlahiyyətlərinin hamısı - xarici siyasət, mülki məcəllənin əsas hissəsi, məhkəmə və cinayət hüququ, gömrük və pul dövriyyəsi Finlandiyanın preroqatividir.

Aland əhalisinin mənafeyini qorumaq üçün Finlandiya parlamentinə arxipelaqdan bir deputat seçilir. Adaların qubernatorunu laqtinqin razılığı ilə Finlandiyanın prezidenti təyin edir. Qubernatorun səlahiyyəti Aland Adaları Nümayəndələr Şurasına (Şura paritet əsaslarla formalaşır) başçılıq etməkdən, laqtinqin sessiyalarını açıb bağlamaqdan ibarətdir.

İqtisadiyyat sahəsində münasibətlər belə qurulur: Finlandiya hökuməti vergiləri, gömrük rüsumlarını və başqa ödəncləri bütün ölkədə tətbiq edilən qaydalarla yığır. Arxipelaqın xərcləri dövlət büdcəsindən ödənir. Dövlət öz borcunu çıxandan sonra gəlirlərin bir hissəsini arxipelaq üçün ayırır. Qalan məbləği laqtinq büdcə maddələri üzrə bölüşdürür.

Finlandiya prezidentinin laqtinqin qəbul etdiyi qanunlara veto qoymaq hüququ var. Prezident ona göndərilmiş qanunlara yalnız iki halda - adaların parlamenti öz səlahiyyət həddini aşanda və ya qəbul edilmiş qanun Finlandiyanın daxili və xarici təhlükəsizliyi üçün qorxu yaradanda veto qoya bilər.

Adalarda yaşamaq hüququ həm də vətəndaşlıq hüququ sayılır. Adalarda doğulan və valideynlərindən biri Aland vətəndaşı olan uşaq bu hüquqa malikdir. Alandlılar eyni vaxtda həm də Finlandiya vətəndaşlarıdır. Aland vətəndaşlığı arxipelaqa köçüb orada 5 il yaşayan və İsveç dilini bilən hər bir Finlandiya vətəndaşına verilir.

Daşınmaz əmlaka malik olmaq hüququna qoyulan məhdudiyyətlər torpaq sahələrini alandlıların mülkiyyəti kimi möhkəmlətmək arzusu ilə izah olunur. Alanddan kənarda 5 il yaşamış ada sakini vətəndaşlığını itirir. Aland vətəndaşı Finlandiya ordusunda xidmət etmək mükəlləfiyyətindən azaddır. Adalarda hərbi hissə yerləşdirmək və hərbi qurğular qoymaq olmaz.

Aland Skandinaviya ölkələri ilə birbaşa əməkdaşlıq edə bilir. Skandinaviya ölkələri Nazirlər şurasının işində Aland hökuməti də iştirak edir.

Xarici siyasət Finlandiya hökumətinin və parlamentinin səlahiyyətinə daxildir. Lakin Finlandiya Alandın daxili işlərinə təsir göstərə biləcək beynəlxalq müqavilə imzalayanda bu müqavilənin qüvvəyə minməsini laqtinqlə razılaşdırmalıdır.

Adın etimologiyası

[redaktə | mənbəni redaktə et]

Fiziki-coğrafi xarakteristika

[redaktə | mənbəni redaktə et]

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

İsveç,fin dilləri

Xristianlıq

Silahlı qüvvələr: Aland adaları muxtar bölgəsinin heç bir silahlı qüvvələri yoxdur,Aland bölgəsinin əsgərlik həddinə çatmış vətəndaşları Finlandiya Milli ordusunda qulluq edirlər.Adanın təhlkəsizliyini Finlandiya dövləti təmin edir.

  1. 1 2 Аланд адалары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 212.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]