Aland müharibəsi (fin Oolannin sota, isv. Åländska kriget) — 1854–1856-cı illərdə Rusiya imperiyası ilə Fransa və İngiltərə arasında Krım müharibəsi zamanı Finlandiya böyük hersoqluğu sahillərində Britaniya–Fransa dəniz qüvvələrinin hərbi və mülki obyektlərə qarşı əməliyyatları. Finlandiya tarixşünaslığında istifadə edilir. Müharibə Alanddakı Bomarsund döyüşünün şərəfinə adlandırılmışdır.[1]
Aland müharibəsi | |
---|---|
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Rumıniya cəbhəsində irəliləyən Rusiya imperiyası 4 oktyabr 1853-cü ildə Osmanlı imperiyasını müharibə elan etməyə təhrik etmiş, İngiltərə və Fransa osmanlıları dəstəkləmək qərarına gəlmişdi. Aland müharibəsinin məqsədi Rusiyanın kommunikasiya yollarını və xarici ticarətini kəsmək, onu sülhə məcbur etmək və İsveçi Rusiyaya qarşı müharibəyə cəlb etmək idi.[1]