İkinci Fransa imperiyası

İkinci imperiya (fr. Second Empire; rəsmi olaraq — Fransa imperiyası, Empire des Français) — Fransa tarixinin 1852-ci ildən 1870-ci ilə qədər əhatə edən bonapartist diktatura dövrü.

Tarixi dövlət
İkinci Fransa imperiyası
fr. Second Empire
Bayraq Gerb
Bayraq Gerb

Paytaxt Paris
Rəsmi dilləri
Valyuta Fransa frankı
İdarəetmə forması konstitusiyalı monarxiya, ikili monarxiya[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fransa tarixi
Fransa dövlət gerbi
Bu məqalələr ölkə seriyasındandır
Tarixə qədərki Fransa
Antik Fransa
Roma Qalliyası (e.ə. 220481)
Orta əsrlər Fransası
Sülalələr:
Merovinqlər (481751)
Karolinqlər (751987)
Kapetinqlər (9871328)
Valua (13281589)
Burbonlar (15891792, 18141848)
İnqilaba qədərki Fransa
Yüzillik müharibə (1337-1453)
Jakeriya üsyanı (1358)
Nant razılaşması
Fransa mütləqiyyəti (16431789)
Müasir Fransa
Böyük Fransa inqilabı (17891799)
Yakobinlər (17931794)
Konvent (17921795) (Jirondistlər, Montanyarlar)
Əbukir dəniz döyüşü (1798)
Əbukir döyüşü (1799)
Fransa Direktoriyası
Birinci Fransa Respublikası (17921804)
Birinci imperiya (18041814)
Tilsit sülhü (1807)
Burbon restavrasiyası (18141830)
İyul monarxiyası (18301848)
İkinci Fransa Respublikası (18481852)
İkinci imperiya (18521870)
Üçüncü Fransa Respublikası (18701940)
Paris Kommunası (1871)
Dreyfus işi (1894-1906)
Vişi rejimi (19401944)
Fransa Respublikasının Müvəqqəti Hökuməti (19441946)
Dördüncü Fransa Respublikası (19461958)
Beşinci Fransa Respublikası (1958)

Fransa portalı

2 dekabr 1852-ci ildə plebissit nəticəsində I Napoleonun qardaşı oğlu, III Napoleon adı ilə imperator titulu almış Lui Napoleon Bonapartın başçılığı ilə konstitusiyalı monarxiya quruldu. Daha əvvəl Lui Napoleon İkinci respublikanın prezidenti (1848—1852) olmuşdur.

İkinci imperiya dövrü baş verən hadisələrin xarakterinə və səciyyəvi xüsusiyyətlərinə görə iki yerə bölünür:    

  • Avtoritar imperiya dövrü - 1852-1860-cı illər;
  • Liberal imperiya dövrü-1860-1870-ci illər.

İkinci imperiya sentyabr inqilabı ilə devrilmişdir. III Napoleon, Fransa–Prussiya müharibəsi zamanı Sedan yaxınlığında alman əsirliyinə düşdükdən sonra (2 sentyabr 1870) fəhlələr Paris küçələrinə gələrək, III Napoleonun devrilməsini tələb etdilər. 3-4 sentyabr tarixlərində qanunverici korpusun gecə iclasında Jül Favr imperatorun dağıdılmasını elan edib müvəqqəti hökumət seçməyi təklif etdi.

Sentyabrın 4-də səhər xalq palataya hücum etdi və Qambetta xalqın adından "Lui Napoleon Bonapart və onun xanədanının Fransada hökmranlığını dayandırıldığını" elan etdi. Həmin bələdiyyə başçısı tərəfindən Fransa respublika elan edildi və lazımi seçki olmadan Parisin bütün deputatlarının (Araqo, Kremyö, Ferri, Favr, Qambetta, Garnye-Pajes, Pelltan, Pikar, Simon, sonrakı Reşfor) daxil olduğu müvəqqəti bir "xalqın müdafiəsi hökuməti" təyin edildi.

Avtoritar imperiya dövrü

[redaktə | mənbəni redaktə et]
III Napoleon

Avtoritar dövrdə III Napoleonun sərt idarəetmə üsulu bərqərar olmuş, demokratik hüquq və azadlıqlar xeyli dərəcədə məhdudlaşdırılmış və Napoleon xüsusi bir idarəetmə sistemi yaratmışdır ki, buna da tarixdə "Bonapartist idarə üsulu" deyilir. İkinci dövrdə isə Napoleon avtoritar idarə üsulundan əl çəkib liberal islahatlar həyata keçirməyə məcbur oldu ki, bu da son nəticədə onun hakimiyyəti üçün böyük təhlükələr yaratdı.

Napoleonun fikrinə görə Fransada baş verən qalmaqalların, özbaşınalıqların əsas səbəbi ölkədə mərkəzi, güclü hakimiyyətin olmamasıdır. III Napoleon və I Napoleon idarəetməsinin oxşar cəhətləri həddindən artıq çoxdur. Məsələn: yerli idarəçilik formal olaraq saxlanılsa da, əslində o ləğv edilmişdi. Bütün idarəetmə orqanlarına məmurlar imperatorun özü tərəfindən təyin olunurdu. Bütün məmurlardan, 1857-ci ilə qədər yalnız deputatlardan, 1857-ci ildən sonra isə hətta deputatlığa namizədlərdən belə imperatora sədaqət andı tələb olunurdu.

İdarəetmənin digər bir məxsus cəhəti isə onun təhlükəsizlik problemi ilə bağlı olan tərəfi idi. Ordu, polis, jandarmeriya, xəfiyyə sisteminin gücləndirilməsi idi. Faktiki olaraq hər bir ailənin üzərinə bir xəfiyyə təyin olunmuşdu. Ordunun sayı təqribən 600 min nəfərdən ibarət idi. Üstəlik mobil və milli qvardiyaların da mövcudluğu bunu deməyə imkan verir ki, Fransa faktiki olaraq militarist bir dövlətə çevrilmişdi. Ölkəni itaətdə saxlamağın digər bir yolu isə sözsüz ki, katolik kilsəsi idi. Eyni ilə I Napoleonda olduğu kimi, III Napoleon da kilsə ilə, Roma papası ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı idi. Üstəlik 1849-cu ildə Roma Respublikasının ləğv edilib orda Papanın hakimiyyətinin qurulmasında göstərdiyi xidmətlərinə görə papa da Napoleona minnətdar idi. Lakin bütün bunlarla yanaşı Papa Napoleondan bəzi güzəştlər də əldə etmək istəyirdi:

  • Mülki nigahdan öncə kilsə nigahı bağlanmalı, o daha əsas sayılmalı;
  • Təhsil təmamilə kilsənin ixtiyarına verilməli;
  • Katolik kilsəsinin fəaliyyəti  üzərinə qoyulan bəzi qadağalar ləğv olunmali idi.

Napoleon isə bu istəklərin qarşılığında Papanın Parisə gəlməsini və onun başına tac qoyaraq onu imperator elan etməsini istəyirdisə də, Papanın bunu qəbul etməməsi nəticəsində onların münasibətlərində soyuqlaşma baş verdi.

Fransa imperiyası və onun müstəmləkələri

1852-ci ildən sonra Napoleonun qəbul etdiyi qərarlardan biri də hüquq və azadlıqların məhdudlaşdırılması barəsində oldu. Avtoritar dövrdə mətbuat üzərində girovun həcmi 50 min franka çatdırılmış, hər çap vərəqi üzərinə 6 santim vergi qoyulmuş (buna Möhür Qanunu da demək olar), eyni zamanda redaktorlar bir başa daxili işlər naziri tərəfindən seçilməli idi. Çünki mətbuat Polis nazirliyi ləğv olunduqdan sonra təmamilə Daxili İşlər nazirliyinin səlahiyyəti daxilinə verilmişdi. Qəzetlərdə çap olunan hər bir məqalə müəllif tərəfindən imzalanmalı və mütləq müəllifin həqiqi adı göstərilməli idi. Mətbuatda imperator, onun şəxsiyyəti, hakimiyyəti, hökumət, parlamentdəki müzakirələr haqqında heç bir şey yazılmamalı idi. Belə olan halda mətbuatın yeganə bir funksiyası qalırdı: hakimiyyəti tərifləmək, yüngül formada öz iradlarını bildirmək.

Bütün bunlarla yanaşı III Napoleonun dövründə Fransada çox böyük iqtisadi yüksəliş baş verdi. İkinci imperiya dövründə Fransada iri sənaye müəssələrinin sayı 2,5 dəfə artı. Belə iri müəssələrdə minlərlə fəhlə çalışırdı. Məsələn Şneyderin Kredodakı zavodunda 10 min fəhlə işləyirdi. Xarici ticarət dövriyyəsi 3 dəfə, daxili ticarət dövriyyəsi isə 2 dəfə, buxar mühərriklərinin gücü 5 dəfə artmış oldu.  Əgər 1860-cı ildə dəmiryollarının uzunluğu 9,8 min kv. km idisə, 60-cı illərin sonu 70-ci illərin əvvəllərində bu rəqəm 18 min kv. km-ə çatdı. Daş kömür hasilatı üç dəfədən çox artaraq bir ildə 20 milyon tona çatdı. Daş kömür istehsalının artmasının əsas səbəbi metallurgiya, toxuculuq sahələrində gedən inkişaf və dəmiryollarınınn uzunluğunun artması idi. Ticarət donanmasının genişləndirilməsi nəticəsində bu sahədə Fransa dünya üzrə İngiltərədən sonra ikinci yerə çıxdı. Kanalların uzunluğu 900 km-ə çatdı. Kanallar həm ölkənin daxilini birləşdirir, həm də ölkə daxilini xarici bazarlarla əlaqələndirirdi.

Fransanın iqtisadi inkişafının digər bir göstəricisi sənaye çevrilişinin başa çatması idi. Fransada 1860-cı illərin sonlarına doğru artıq sənaye çevrilişi başa çatmışdı. Digər bir göstərici isə kənd təsərrüfatı ilə bağlı idi. Kənd təsərrüfatında istehsal 5,2 dəfə artmışdı. Kənd təsərrüfatında əldə edilmiş yüksək göstərici rəqabətə davamlı kənd təssərüfatı məhsullarının dünya bazarına çıxarılması idi. Kənd təsərrüfatı məhsulları dövlətin bu sahədə yardımı ilə (daşınması, bazarlara çıxarılması (əvvəllər bunun üçün vergilər alınsada, bu vergilər indi ləğv edilmişdi)) bazarlara çıxarılır və əlverişli şərtlərlə satılırdı. Hökumətin kənd təsərrüfatı sahəsində yeritdiyi siyasət Fransanın varlı kəndlilərini Amerika fermerləri kimi bir təbəqəyə çatdırmaq idi. Yəni Fransanın kənd təsərrüfatı müstəqil olaraq həm ölkəni təmin edə bilsin, həm də xarici bazarlar üçün ixrac məhsulları istehsal edə bilsin. Ölkənin inkişafının digər bir göstəricisi isə birja və banklar idi. Birja və bank sistemi eyni ilə İyul monarxiyası dövründə oluğu kimi canlanmışdı. Ən güclü bank Fransa Bankı idi. Onun əmlakı 5 dəfədən çox artmış, filiallarının sayı isə 30-dan 51-ə çatmışdı.

III Napoleonun iqtisadi siyasəti I Napoleonun iqtisadi siyasətindən fərqlənirdi. I Napoleon proteksionizmmerkantilizm tərəfdarı olduğu halda, III Napoleon azad ticarətin tərəfdarı idi. O 1860-cı ildə İngiltərə, 1862-ci ildə Belçika, İtaliya, Almaniya gömrük ittifaqı və digər ölkələrlə ticarət müqavilələri bağladı. Bu müqavilələrlə gömrük rüsumları ya ləğv olunur, ya da xeyli dərəcədə azaldılırdı. Bu siyasətin kökündə vacib bir məqam var, Napoleon bu ölkələrlə müqavilə bağladığı kimi, həmin ölkələr də öz aralarında müqavilələr bağlayırdı. Dolayısı ilə III Napoleon Avropa İqtisadi Birliyini yaratmaqda təşəbbüs göstərmiş ilkin şəxslərdən biri olmuşdur. Avropa vahid bazarının yaradılmasına çalışmışdır. Sözsüz ki, onun bu siyasəti ölkə daxilində metallurgiya, daş kömür, toxuculuqla məşğul olan sənayeçilərin narazılığına səbəb olurdu. Lakin bütün bunlara baxmayaraq Napoleon azad ticarət siyasətindən dönmədi.

Napoleonun daxili siyasətinin bir istiqaməti də sosial sahə ilə bağlı idi. Onun dövründə çoxlu uşaq evləri, uşaq baxçaları, xeyriyyə fondları, cəmiyyətləri, qarşılıqlı yardım kassaları açılırdı ki, bütün bunlar da ölkənin az təminatlı əhalisinə yardım göstərilməsi üçün əlverişli şərait yaradırdı. Onların bir qismi katolik partiyasının himayəsi altında fəaliyyət göstərirdi. Napoleon eyni zamanda fəhlə problemini həll etməyə çalışırdı. 1864-ci ildə hələ 1791-ci ildə qəbul olunmuş La-Şapalye qanunu ləğv edildi. Fransada çoxlu sayda həmkarlar ittifaqlarının yaradılması fəhlələrin güclü bir qüvvəyə çevrilməsinə şərait yaratdı.

1850-ci illərin sonlarında Napoleon üçün xoşagəlməz hadisələr baş verdi. 1855-56-cı illərdə quraqlıq, təbii fəlakətlər, 1857-ci ildə dünya iqtisadi böhranının baş verməsi iqtisadi vəziyyətə öz mənfi təsirini göstərdi. Napoleondan təcili iqtisadi tədbirlərin keçirilməsi tələb olunsa da, o bu tədbirləri keçirmək barədə heç də tələsmirdi. Çünki onun düşüncəsinə görə bu böhran iqtisadiyyatın daxili problemləri ilə bağlı idi. 1855-67-ci illərdə iki dəfə Parisdə dünya sənaye sərgisi keçirilir. Bu sərgilərin keçirilməsi Napoleonun iqtisadi siyasətinin yekununu həm fransızlara, həm də bütün dünyaya nümayiş edirmək idi.

1850-ci illərin sonunda Napoleonun uğursuz xarici siyasəti də onun hakimiyyəti üçün təhlükə yaradırdı. Sui-qəsdlər təşkil olunur, xüsusi ilə də italyanlar onu öldürməyə çalışırdılar. 1855-ci ilin aprelində Pyemorinin, 1857-ci ildə Pebaldi, 1858-ci ilin yanvar ayının 14-də Orsinin sui-qəsdi təşkil olundu. Ən təhlükəli hesab olunan sonuncu sui-qəsd zamanı kralın karetasının altına bomba atıldı, 156 nəfər ölən və yaralananın olmasına baxmayaraq Napoleona heç nə olmadı. Lakin deyilənlərə görə bu sui-qəsd Napoleonun fikirlərinə çox böyük təsir göstərmişdi. Məhz bu hadisədən sonra 1858-ci ilin fevral ayının 1-də Fransanın 5 general-qubernatorluğa bölünməsi barəsində qanun qəbul edildi. Eyni zamanda ölkədə daxili təhlükəsizlik qaydaları gücləndirildi, bütün şübhəlilərə qarşı cinayət işlərinin sürətləndirilməsi haqqında qanun qəbul olundu.

1858-ci il 20 iyulda Napoleon Pyemont kralı ilə gizlicə müqavilə bağalayaraq Avstriya ilə müharibəyə başladı. Onun bu hərəkəti isə katolik kilsəsi ilə münasibətlərin gərginləşməsinə səbəb oldu. Artıq 1859-cu ildən sonra Napoleonun katolik kilsəsi və hakim dairələri qarşısında nüfuzu aşağı enməyə başlamışdı.

Liberal imperiya dövrü

[redaktə | mənbəni redaktə et]

1860-cı ildən sonra Napoleonun siyasətində kəskin dönüş baş verdi. 1860-cı il 24 noyabrda Napoleonun verdiyi fərmana əsasən Qanunverici Məclisə hökumətin hesabatına rəy bildirmək, onu müzakirə etmək, onu qiymətləndirməklə bağlı icazə verilirdi. Bu Napoleonun 50-ci illərdə yaratdığı avtoritar rejimin bir qədər çökməsidir. Bunun ardınca 1862-64-cü illərdə Papa ilə münasibətlərdə yaranan gərginlik Napoleonu daha bir neçə addım atmağa məcbur etdi. Belə ki, tədricən idarəetmə orqanlarının səlahiyyətləri genişləndirilməyə başlandı. Yerli büdcənin tərtib olunması, müzakirə olunmasında iştirak etmək, öz fəaliyyətləri ilə bağlı seçicilər qarşısında hesabat verməklə bağlı onların səlahiyyətləri bir qədər artırıldı. Digər tərəfdən hökumətin seçkilərə müdaxiləsinin qarşısı qismən alındı. Yalnız 1857-ci il seçkilərində parlamentdə 5 müxalif partiyanın nümayəndəsi təmsil oluna bildi. 1863-cü ildə isə bu rəqəm artıq 35 nəfərə, 1868-ci il seçkilərində isə 117 nəfərə çatmış oldu.

1868-ci ildə daxili siyasət sahəsində bir neçə islahat həyata keçirildi. Birinci islahat mətbuat sahəsində təzyiqin azaldılması ilə bağlı idi. Senzura, mətbuat üzərində Daxili İşlər Nazirliyi tərəfindən qoyulmuş məhdudiyyətlərə son qoyuldu. Amma mətbuat üzərində inzibati təzyiq aradan qalxsa da, qanunverici yolla edilən təzyiqlər hələ də qalmaqda idi. Yəni ki, hələ də qəzet redaktorlarının məsulliyəti üzərində qoyulan qaydalar davam edirdi.

1868-ci ilin aprel ayında verilən dekretə əsasən toplantı azadlığı üzərinə qoyulan məhdudiyyətlər aradan qaldırıldı. Hətta seçkilər öncəsi toplantıların da keçirilməsinə icazə verildi.

21 fevral 1868-ci ildə ordu islahatı keçirildi. Ordunun sayı 2 dəfə artırılaraq 8 minə çatdırıldı. Hərbi xidmət müddəti orduda 6 il, mobil qvardiyada ehtiyatda qalmaq müddəti isə 3 il müəyyən edildi.

1869-cu ildə Napoleon növbəti bir addım atdı. Mötədil respublikaçıların keçmiş nümayəndəsi, indi isə özünü imperiya respublikaçısı adlandıran Emil Olivyenin başçılığı altında yeni hökumət quruldu. Bu hökumətin 1870-ci il 18 yanvar tarixli qərarı ilə Napoleona dair xalqın etimadı məsələsinin müzakirəsi ilə bağlı plebisit keçirilməsi qəbul edildi. 20 aprel 1870-ci ildə plebisit keçirildi (buna dolayısı ilə yeni konstitusuya da deyə bilərik): 1860-cı ildən etibarən hökumətin keçirdiyi islahatlara xalqın münasibəti və 18 yanvar senator konsulusuna münasibət. Səsvermənin nəticəsi hökumətin xeyrinə oldu: 75,4% əhali bu səsvermədə müsbət cavab verdi. Eyni zamanda seçicilərin 3,2 milyon nəfəri ya bitərəf qalmış, ya da əleyhinə səs vermişdi. Bu isə orduda, iri şəhərlərdə, hətta Parisin özündə belə Napoleonun rəqiblərinin çox olmasını göstərirdi ki, bu da Napoleon hakimiyyəti üçün təhlükə demək idi.

İmperiyanın süqutu

[redaktə | mənbəni redaktə et]

Napoleonun hakimiyyətini xilas etməyin bir neçə yolu var idi, ya hakimiyyətdən azyaşlı oğlunun xeyrinə əl çəkməli, ya hakimiyyətin respublikaçıların əlinə keçməsinə nail olmalı, ya da qısa müddətli və qalibiyyətli bir müharibə ilə ölkədə öz nüfuzunu bərpa etməli idi. Napoleon üçüncü yolu tutdu. Müharibə etmək üçün namizəd olan dövlətləri içərisində birinci yeri Napoleonun ən böyük düşməni olan Prussiya tuturdu. 1870-ci ilin iyul ayının 19-da Fransa Prussiyaya müharibə elan etdi. Müharibənin başlanmasına səbəb İspaniya taxt-tacı uğrunda mübarizə, bəhanə isə Ems depeşesi (depeşe-təcili teleqram deməkdir) idi. Otto Bismark tərəfindən təhrif olunmuş formada hazırlanan bu depeşedə Napoleon demək olar ki, alçaldılmışdı. Hərbi əməliyyatların gedişində Vaysenburq və digər döyüşlər Fransa komandanlığının məğlubiyyəti ilə başa çatmış oldu. Qradelot və Sentri döyüşlərində isə Fransanın Marşal Badenin başçılıq etdiyi ikinci böyük ordusu Mets qalasında mühasirəyə alındı. Qalada mühasirədə olanlara kömək məqsədi ilə Üçüncü Napoleonun da tərkibində olduğu növbəti bir ordu buraya yürüş etdi. Lakin bu hücum da uğursuz nəticələndi və ordu Sedan ətrafına çəkilməli oldu. 1 sentyabr 1870-ci ildə Sedan ətrafında on doqquzuncu əsrin ən böyük artilleriya döyüşü baş verdi. Sentyabrın 2-də isə Napoleon ağ bayraq qaldırmağı əmr etdi. Bu qərarın qəbul edilməsi bir qədər təzadlı idi. Çünki qalada mühasirəyə alınan 100 minlik qoşunun təqribən 82 min nəfəri bütün silah sursatı ilə birlikdə  döyüş qabiliyyətini malik bir qüvvə təşkil edirdilər. Deyilənə görə Napoleonun bu qərarı qəbul etməsinin əsas səbəbi bu dövrdə səhhətində ağırlaşmanın baş verməsi ilə bağlı idi. Təslim xəbəri Parisə sentyabr ayının 3-də gəlib çatsa da, yalnız sentyabr ayının 4-də üsyan baş verdi və üsyanın nəticəsində Fransada yeni bir dövr-Üçüncü Respublika dövrü başlanmış oldu.

  • Aubry, Octave. The Second Empire (1940), 685pp popular survey online
  • Anderson, F.M. The constitutions and other select documents illustrative of the history of France, 1789–1901. 1904., complete text online; 740pp
  • Barker, Nancy Nichols. The French Experience in Mexico, 1821-1861: A History of Constant Misunderstanding (1979), relations leading up to the French invasion.
  • Bury, J. Napoleon III and the Second Empire (1964), scholarly survey
  • Brown, David. "Palmerston and Anglo–French Relations, 1846–1865." Diplomacy and Statecraft 17.4 (2006): 675-692.
  • Baguley, David. Napoleon III and His Regime: An Extravaganza (2000)
  • Campbell, S. The Second Empire Revisited: A Study in French Historiography (1978)
  • Case, Lynn M. French Opinion on War and Diplomacy during the Second Empire (1954)
  • Cunningham, Michele. Mexico and the Foreign Policy of Napoleon III (2001) online PhD version; also online book in Questia
  • Echard, William E., ed. Historical Dictionary of the French Second Empire, 1852–1870 (1985), 829 pp online
  • Furet, François. Revolutionary France 1770-1880 (1995), pp 438–91. survey of political history by leading scholar
  • Plessis, Alain, and Jonathan Mandelbaum. The Rise and Fall of the Second Empire, 1852 - 1871 (The Cambridge History of Modern France) (1988) excerpt and text search
  • Price, Roger, ed. Documents on the Second French Empire, 1852-1870. Palgrave. 2015. ([[:Category:|link]])[[Category:]]
  • Price, Roger. "Napoleon III and the French Second Empire: A Reassessment of a Controversial Period in French History." Historian (1996) #52 : 4-10.
  • Smith, W.H.C. Second Empire and Commune: France 1848–71 (1985) 98 pp
  • Thompson, J.M. Louis Napoleon and the Second Empire (1955); popular history
  • Tulard, Jean (ed.), Dictionnaire du Second Empire, Paris, Fayard, (1995) 1348 p.
  • Wolf, John B. France: 1815 to the Present (1963) university textbook
  • Водовозов В. В., Кареев Н. И., Рихтер Д. И., Шокальский Ю. М., Штернберг Л. Я. Франция // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  • Смирнов А. Ю. Империя Наполеона III. — М.: Эксмо, 2003. — ISBN 5-699-03261-4

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 RAMEAU (fr.). 1987.
  2. Vie-publique.fr. 2002.