Alatau qaramalı

Alatau qaramalıQırğızıstanQazaxıstanda yaradılmış südlük-ətlik qaramal cinsi. Yerli cinsin şvisKostroma cinsləri ilə cütləşdirilməsindən alınmışdır.

Xüsusiyyəti[redaktə | mənbəni redaktə et]

Konstitusiyası möhkəmdir; yüksək dağ otlaqlarına uyğunlaşmışdır. Rəngi qonur, burnunun və közlərinin ətrafı açıq rənglidir. 4,000–5,000 kiloqram (bəziləri 10,222) süd verir. Südün yağlılığı 3,8–3,9%, bəzən 5% olur. İnəklərin diri çəkisi 500–550 kiloqram, buğalarınkı 700–800 kiloqramdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Алатау гарамалы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 213.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Алатауская порода // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7. (CC BY-SA 3.0)