Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü.
İnək | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||||
Beynəlxalq elmi adı | ||||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||||
|
İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır. Əlbəttə, sənaye sahələri də metanın mənbəyidir, lakin iribuynuzlu heyvanların payına bu cür zərərli tullantıların 37 faizə qədəri düşür.
Bu sahədə inəklərlə digər heç bir ev heyvan yarışa girə bilməz. Alimlərin fikrincə, Yer kürəsində mövcud olan1,5 milyard inək qlobal istiləşməyə səbəb olan bütün buxar qazlarının 18 faizinin ayrılmasına gətirib çıxardır. Gübrələrin istehsalı və ətin hazırlanması üçün istifadə edilən yanacağın yandırılması isə dünyadakı karbon qazlarının 9 faizini təşkil edir. İnəyin buraxdığı qazlar və peyin ümumilikdə atmosferə düşən metanın 1/3-ni təşkil edir ki, bu da Yer kürəsini karbon qazından 20 dəfə tez qızdırır.