Alazeya

Alazeya (rus. Алазе́я; saxa Алаһыай) — Rusiyanın Saxa Respublikasının şimal-şərqində çay. Uzunluğu 1,590 kilometr, hövzəsinin sahəsi 64,7 min km2-dir. Alazeya yaylasının cənubundan başlanır. Kolıma düzənliyinə axıb Şərqi Sibir dənizinə tökülür. Əsas qolu Rossoxa çayıdır. Sentyabrdan maya qədər donmuş olur. Hövzəsində çoxlu göl var.[1]

Alazeya
Ölkə
Mənsəbi Şərqi Sibir dənizi
Uzunluğu
  • 1.590 km
Su sərfi 320 m³/s
Hövzəsinin sahəsi 64.700 km²
DSR[rus.] 18060000112117700071351
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Алазеја // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 211.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]