Alazeya yaylası

Alazeya yaylası (rus. Алазе́я; saxa Алаһыай) — Rusiyanın Saxa Respublikasında İndigirka, Kolıma, Alazeya, Ojogina çayları arasında yayla. Uzunluğu 300 kilometr, orta hündürlüyü 350 metrdir. Alazeya çayının dalğalı səthində mütləq hündürlük 400–954 metr olan yastı zirvəli tək-tək massivlər və silsilələr var. 450 metr hündürlüyə qədər seyrək qaraşam meşələri, yuxarılar isə sidr koluqları və tundradır. Bataqlıq çoxdur.[1]

Alazeya yaylası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 954 m
Yaranma dövrü Proterozoy erası, Devon dövrü
Süxurları Qneys, Çökmə süxurlar, qranit, Siyenit
Yerləşməsi
67°38′26″ şm. e. 147°51′26″ ş. u.
Ölkə
Alazeya yaylası xəritədə
Alazeya yaylası
Alazeya yaylası

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Алазеја јајласы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 211.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]