Albaniyada futbol — Albaniya ərazisində ən məşhur və geniş yayılmış idman növüdür. İstər oyunçular və azarkeşlər bu oyunu sevir[1][2]. Futbolun idarə edilməsi Albaniya Futbol Federasiyası balansındadır.
Albaniyada futbol XX əsrdə meydana gəlmişdir. İlk oyun xristian misiyası tələbələri arasında Şkoderdə baş tutmuşdur. Oyun böyük məşhurluq qazanmışdır. 1919-cu ildə burada ilk futbol komandası «Vlazniya» olmuşdur. 1920-ci ildə «Tirana» klubu, 6 iyun 1930-ci ildə Albaniya Futbol Federasiyası təşkil edilmişdir. Federasiya 1932-ci ildə FİFA, 1954-cü ildə isə UEFA üzvü seçilmişdir.
Albaniyanın ilk çempionatı 1930-cu ildə təşkil edilmişdir. Bu çempionatda altı klub iştirak edirdi. İndiyənə qədər çempionatlarda «Dinamo» (Tirana), «Vlaziya», «Partizani», «Skenderbeu», «17 Nentori», «Flamurtari» və «Teuta» klubları iştirak edir. İkinci Dünya müharibəsi bitdikdən sonra futbol milli idman növünə çevrilmişdir. Oyunlar müəssisələr, məktəblər, kəndlər və şəhərlərində təşkil edilirdi. Müharibə sonrası təşkil edilən «Partizani» və «Dinamo» müvafiq olaraq Müdafiə və Daxili işlər Nazirlikləri tərəfindən təşkil edilmişdir[3]. 1990-ci ildə qər klub pripeqal vəziyyətdə idilər. Digər klublardan oyunçular qəbul edə bilirdilər.
1991-ci ildə baş vermiş siyasi və iqtisadi dəyişikliklər sayəsində ölkə futbolçuları xaricə sərbəst şəkildə yol ala bilirlər. Futbolçuların təcrübəliləri əsasən Yunanıstan, Balkan ölkələri, Qərbi Avropa və Rusiyaya transfer olunurdular. Hazırda 200 futbolçu xarici ölkələrdə fəaliyyət göstərir.
Albaniya çempionatı 4 liqə bölünür. Albaniya Superliqası 1930-cu ildə təşkil edilmişdir. Bura 12 komanda daxildir. Üstəlik Birinci, İkinci və Üçüncü liqaya sahibdir. Üçüncü liqa daha çox həvəskarlar liqasına bənzəyir. Ölkə çempionatının ən titullu klubu «Tiranadir» (24 titul).
Səviyyə |
Adı | |||||||||||
1 |
Albaniya Superliqası | |||||||||||
↓↑ 2 klub | ||||||||||||
2 |
Birinci liqa | |||||||||||
↓↑ 2-4 klub | ||||||||||||
3 |
İkinci liqa | |||||||||||
↓↑ 2 klub | ||||||||||||
4 |
Üçüncü liqa |
Albaniyada kubok turniri 1939-cü ildə təşkil edilmişdir. Kubokun sahibi Avropa liqasınının seçim turuna qatılır. Kuboka sahiblənmə baxımından «Partizani» klubu seçilir. Kubokun 15 qal qalibidir. 1989-cu ildə Albaniya Superkuboku təşkil edilmişdir. «Tirana» superkubokun rekordçusudur.
Albaniya millisi ilk beynəlxalq görüşü Yuqoslaviyaya qarşı keçirtmişdir. Albaniya hələ 1932-ci ildə FİFA üzvü olmağına baxmayaraq loqistika problemləri səbəbindən 1934-cü ildə Dünya Çempionatına qatıla bilməmişdir. Dünya Çempionatının final mərhələdində yalnız 2016-cı ildə qatılmışdır. Qrup mərhələsində üçü görüş keçirmişdir. İlk qalibiyyətini isə Rumıniya ilə görüşdə əldə etmişdir (1:0).