Albert Uzdenov (5 aprel 1957, Zadarya[d], Cənubi Qazaxıstan vilayəti[1]) — Qaraçay şairi, nasir, dramaturq, 600-dən çox mahnının sözlərinin müəllifi və ifaçısı, Qaraçay Çərkəz Respublikası rəhbərinin müşaviri, Rusiya Federasiyasının əməkdar artisti, Şimali Qafqaz respublikalarının fəxri adları və mükafatlarının sahibi, SSRİ (Rusiya) Yazıçılar İttifaqın üzvü, pedaqoji elmlər namizədi. Onun şərəfinə Qoç bürcündəki ulduza "Albert Uzdenov" adı verilmişdir. Müəllimlik fəaliyyəti ilə məşğul olur, mədəniyyət sahəsində çalışır. Rəsmi Instagram hesabı: @ uzdenov_09 .
Albert Uzdenov | |
---|---|
qaraç.-balk. Альберт Махаметни джашы Ёзденлени | |
Doğum tarixi | 5 aprel 1957 (67 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | şair, nasir, dramaturq, müğənni-mahnı yazarı, dramaturq |
1957-ci il aprelin 5-də Qazaxıstan SSR, Cənubi Qazaxıstan vilayətinin Arıs rayonu Zadarya kənddə anadan olmuşdur. 1963–1971-ci illərdə Xurzukda orta məktəbdə oxumuşdur. 1971–1975-ci illərdə Pervomayski sovxoz-texnikumunun baytarlıq şöbəsində təhsil alır. 1976–1978-ci illərdə hərbi xidmətdə olur. 1979–1983-cü illərdə Qaraçay-Çərkəz Dövlət Universitetində təhilini davam etdirir. 1991-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv olur. 1991-ci ildə "KBR-nin əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülür. 1996-cı ildə isə "Rusiya Federasiyasının əməkdar artisti" fəxri adını alır. 1998ci ildə Ü. Əliyev adına QÇR Dövlət Mükafatı Laureatı olur. 1999-cu ildə "QÇR-nın xalq şairi" fəxri adına layiq görülmüşdür. 2003-cü ildə pedaqoqika üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə "QÇR-nın xalq artisti" fəxri adına layiq görülür. 2007-ci ildə Qoç bürcündə bir ulduza "Albert Uzdenov" adı verilir. 2008-ci ildə İnquşetiya Respublikasının əməkdar artisti adını alır. 2009-ci ildə Beynəlxalq Yaradıcılıq Akademiyasının müxbir üzvü seçilmişdir. 2010-cu ildə Qafqazın Elmlər, Mədəniyyət, Təhsil və Biznes İctimai Akademiyasının həqiqi üzvü-akademik seçilir[2]. May 2001 — aprel 2011-ci illərdə Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Nazirinin müavini, 25 oktyabr 2011-ci ildən isə QÇR rəhbərinin müşaviri işləmişdir.
Müəllifin yaradıcılığının çiçəklənməsi onun Qaraçay-Çərkəz Dövlət Pedaqoji Universitetində oxuduğu illərə təsadüf edir. Onun yeni mahnılarının hər biri məşhurlaşaraq yerli səsyazma studiyalarının disklərində və maqnitofonlarda səpələnmişdir. Bu mahnılar Qaraçay-Çərkəz və Kabardin-Balkar radio və televiziyası tərəfindən yazılmağa başlanılır. Bir neçə il ərzində hər iki respublikanın radio və televiziyası Albert Uzdenovun mahnılarının ifasına sifarişlər alır. Onların sayı digər müəlliflərin əsərlərinin ifasına verilən sifarişləri xeyli üstələyir.
1985-ci ildə Albert Uzdenov Böyük Qələbənin 40-cı ildönümünə həsr olunmuş Xalq Yaradıcılığının Ümumittifaq Müayinəsinin Laureatı olur. "Saratov – 86" Ümumittifaq Bəstəkar Mahnıları Festivalının diplomu laureatıdır. Zona bədii mahnı müsabiqələrinin dəfələrlə qalibi olmuşdur.
Albert Uzdenov QÇR-nın Komsomol Mükafatı Laureatı adına layiq görülür. ABŞ, Türkiyə və Qazaxıstanda səhnələrdə çıxış edir.
O, yeddi şeir toplusunun müəllifidir. Onlardan biri olan "Petlya" 1990-cı ildə ABŞ-da nəşr edilmişdir. Dili dərindən bilmək, onun zənginliyindən incə və həssaslıqla istifadə etmək bacarığı, yüksək sənətkarlıq və obrazlılığı, ətraf aləmi özünəməxsus qavrayışı onu geniş oxucu kütləsinin kumirinə çevirmişdir.
Gənc istedadların üzə çıxarılması və dəstəklənməsi istiqamətində böyük işlərə rəhbərlik edir.
Həyat yoldaşı Venera Uzdenova, qızı Fatimə və iki oğlu: Rüstəm və Şamil[3].
Oğlu Şamil Uzdenov Rusiya Federasiyası Yazıçılar Birliyinə üzv olan ən gənc yazıçı olmuşdur.