Türküstan vilayəti

Türkistan vilayəti (qaz. Түркістан облысы) (1962–1992-ci illərdə Çimkənd vilayəti, 2018-ci ilədək Cənubi Qazaxıstan vilayəti) — Qazaxıstan Respublikasının cənubunda vilayət.

Vilayət
Türkistan vilayəti
qaz. Түркістан облысы
Gerb
Gerb

44° şm. e. 72° ş. u.


Ölkə  Qazaxıstan
İnzibati mərkəz Türkistan
Tarixi və coğrafiyası
Yaradılıb 10 mart 1932
Sahəsi 117 249 km² (4,3 %, 13-cü-ci yer)
Saat qurşağı UTC+6
Əhalisi
Əhalisi 2 734 734[1] nəfər (2013) (15 %,1-ci-ci yer)
Əhalinin sıxlığı 22,36 nəfər/km² (1-ci-ci yer)
Etnik tərkib qazaxlar 72,80 %
özbəklər 16,70 %
ruslar 4,84 %
taciklər 1,23 %
digər 4,43 % (2014 il)[2]
Rəqəmsal identifikatorlar
Abreviatura OQO
ISO kodu KZ-61
Telefon kodu +7 725х xx-xx-xx
Poçt indeksi 16 xxxx
Avtomobil nömrəsi X,13
Rəsmi sayt
Türkistan vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilayətin əsası Cənubi Qazaxıstan vilayəti (qaz. Оңтүстік Қазақстан облысы) adı altında 10 mart 1932-ci ildə qoyulmuşdur. 3 may 1962-ci ildən 6 iyul 1992-ci ilə vilayətin adı dəyişdirilib Şimkent vilayəti adlandırıldı. Vilayətin əvvəlki adı 1992-ci ildə bərpa edildi. 2018-ci ilin 19 iyun tarixi Qazaxıstan prezidentinin fərmanı əsasında, vilayətin keçmiş paytaxt Şimkənd şəhəri onun inzibati tərkibindən çıxarılıb, respublika tabeli şəhəri edilmişdi.[3] Onun əvəzinə vilayətin yeni inzibati mərkəzi Türkistan şəhəri olub.[4]

Vilayətin sahəsi 117 249 km² təşkil edir və respublika ərazisinin 4,3 %-i tutur, əhalisi 2,6 milyon nəfərdir (2011). 4 şəhəri, 11 rayonu var. Düz xətt üzrə ən ucqar şimal nöqtəsi ilə ən ucqar cənub nöqtəsi arasındakı məsafə 600 km təşkil edir.

Cənubi Qazaxıstan vilayətinin ərazisini, əsasən, Tuqan ovalığının şərq hissəsi, Tyanşan dağlarının qərb qolları və şimalda Bədbəxttala səhrası tutur. Vilayətin mərkəzində Karatau silsiləsi (hündürlüyü 2176 m), cənub-şərqində Talas Alatausunun qərb kənarları yerləşir. Faydalı qazıntıları: polimetal filizlər, dəmir filizi, əhəngdaşı, gips, kvars qumu, odadavamlı gillər, bentonit gilləri, mineral boyalar, azqiymətli daşlar və s. İqlimi kəskin kontinentaldır. Orta temperatur yanvarda 11-dən (şimalda −2 C-yədək (cənubda), iyulda şimalda və cənubda 26–29 °C,cənub-şərqdə 19–25 C-dir. İllik yağıntı 100–400 mm, cənub-şərqdə 400–800 mm, yüksəkdağlıq ərazilərdə 100 mm-ə qədər və daha çoxdur. Ən böyük çayı Sırdəryadır. Suvarma kanalları və su anbarları, çoxlu xırda göl var. Əsasən boz torpaqlar yayılmışdır. Dağətəyi sahələrin aşağı hissələri və düzənlik rayonların bitki örtüyü səhra-çöl tiplidir. Dağlarda yabanı meyvə ağacları göyrüş və tozağacından ibarət meşələr geniş yayılmışdır. Çayların subasar hissəsində tuqay meşələri və qamışlıqlara rast gəlinir. Dağkeçisi, arxar, bəbir, ayı, canavar, tülkü, çöl donuzu, safsar, quş və s. vardır. Qoruq yaradılmışdır.

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Cənubi Qazaxıstan vilayətinin sənayesi əlvan metallurgiya, kimya, daş kömür, neft və tikinti sahələrinin inkişafına istiqamətləndirilmişdir. Vil, pambıq, bitki yağı, meyvə, tərəvəz, makaron, tütün məmulatlarının iri istehsalçısı və tədarükçüsüdür.

Vilayət kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, toxuculuq, neft və neft məhsulları, tikinti materialları, uran istehsalı, metallurgiya üzrə ixtisaslaşmışdır. Respublikanın ümumi istehsalında vilayətin payı: pambıq lifi-100%, transformator-99,2%, əczaçılıq preparatları-48%, benzin-46,1%, yanacaq mazutu-22,9%, sement-16,8%, pivə-16,7%, şərab-24,9% və un-15%. Vil, uran ehtiyatlarına görə Qazaxıstan birinci, fosforit və dəmir filizi ehtiyatına görə isə üçüncü yerdədir.

Kənd təsərrüfatı məhsullarının ümumi həcmi 59,7 milyard tenge, bitkiçilik məhsulları 1,5 milyard tenge təşkil etmişdir (2012). Vilayətdə qaramalın ümumi sayı-1042,6 min, davar-4921,1 min, at-218,2 min, dəvə-22,4 min, quş-3061,7 min başdır.

Vilayətdə iki istiqamətdə ümumi uzunluğu 444,6 km olan dəmir yol xətti, uzunluğu 5,3 min km olan avtomobil yolu (5,2 min km-i bərk örtüklü) var.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
  • 11 rayon
    • Bəydibek rayonu
    • Qazığurt rayonu
    • Maqtaaral rayonu
    • Ordabası rayonu
    • Otırar rayonu
    • Sayram rayonu
    • Sarıağaş rayonu
    • Sozaq rayonu
    • Töle bi rayonu
    • Tulkibas rayonu
    • Şardara rayonu
  1. "Численность населения РК по областям, городам и районам на 1 января 2014 года". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
  2. Численность населения Республики Казахстан по отдельным этносам на начало 2014 года Arxivləşdirilib 2015-04-28 at the Wayback Machine Агентство по Статистике РК.
  3. "Публичное подписание Указа «О некоторых вопросах административно-территориального устройства Республики Казахстан»". 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  4. "Назарбаев подписал указ о создании Туркестанской области". 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.