Albov baldırğanı

Albov baldırğanı (lat. Heracleum albovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU D2. Azərbaycanın nadir növüdür.

Albov baldırğanı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Heracleum albovii

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Yarpaqları yumurtavaidir, ikər-lələklidir, hər iki üzü bozumtul tükcüklüdür, kənarları sərt dişciklidir. Çətir şüaları 20-25 ədəddir, tükcüklüdür, müxtəlifdir. Çiçəkləri sarımtıl-ağ rəngdədir, az böyümüşdür. Meyvəsi ellipsvari, çılpaqdır, uzunluğu 6–7 mm-dir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir. Mezofitdir. Orta və yuxarı dağ qurşaqlarında, çay kənarlarında və sulu dərələrdə rast gəlinir.

Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu — Urmus kəndi ətrafı, Soyuqdağ, Yağlıdərə, Ağyurd ətəkləri).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyasında azalma müşahidə edilir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Cəmi 3 lakolitetinə rast gəlinmişdir. Antropogen və zoogen amillərdir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Populyasiyaları nisbətən təhdid altında olduğundan qorunması vacibdir. Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı ərazısındə təbii populyasiyaları mühafizə olunmalıdır.

  • Heracleum pastinacifolium ssp. incanum (Boiss. & A. Huet) P.H. Davis