Aleksandr İsak (isv. Alexander Isak ) (21 sentyabr 1999[1]) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund FK klubunda hücumçu kimi çıxış edən peşəkar İsveç futbolçusudur.[2]
Aleksander İsak | |||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
isv. Alexander Isak | |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||
Tam adı | Aleksander İsak | ||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Solna, İsveç | ||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.90 | ||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 70 kq | ||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||
Klub | Borussiya Dortmund | ||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 14 | ||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
İsak Stokholm şəhər sahəsinin Solna şəhərində anadan olmuşdur. İsakın valideynləri Eritreya vətəndaşlarıdır.[3] O, futbolçu karyerasına altı yaşı olarkən yerli klublardan olan AİK klubunun akademiyasında başlamışdır.[4]
İsak əsas komanda ilə debütünü 28 fevral 2016-cı ildə İsveç Kubokunda dördüncü liqa təmsilçisi olan Tenhults klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə meydana daxil olmuşdur. 16 yaşında olan İsak görüşdə bir qolla yadda qalmış və komandası 6-0 hesabı ilə qalib gəlmişdir.[5]
7 aprel 2016-cı ildə baş məşqçi Andres Alm İsaka Allsvenskandakı ikinci oyun günündə start heyətində yer vermişdir. O, gənc hücumçu həmkarı Karlos Strandberq ilə birlikdə Östersunds klubuna qarşı oyunda iştirak etmişdir. İsak görüşdə qələbə qolunun müəllifi olmuş və komandası 2-0 hesabı ilə qalib gəlmişdir. Beləliklə, AİK-də 16 yaş 199 günlüyündə qol vuran İsak Allsvenskanda qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür.[6]
İsak AİK klubunda ilk ev qolunu 25 aprel 2016-cı ildə Friends Arenada Elfsburq klubuna qarşı oyunda vurmuşdur. O, ilk qolun müəllifi olmuş və komandası 2-1 hesabı ilə qalib gəlmişdir.[7]
3 may 2016-cı ildə İsak AİK klubu ilə 2018-ci ilin sonuna qədər müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi. Müqavilədən sonra İsak bir neçə oyunda iştirak etmiş və komandasına oyunlarda yardım etmişdir.[5] 8 və 9-cu oyun günləri arasında Alm istefaya göndərildi. İsak növbəti görüşlərə yeni baş məşqçi Rikard Norlinqin rəhbərliyi altında çıxmışdır.[8]
İsak 21 sentyabr 2016-cı ildə 17-ci ad günündə Dyurqarden klubu ilə derbi görüşündə iki kritik qolun müəllifi olmuşdur. Həmin görüşdə AİK rəqibinə 3-0 hesabı qalib gəlmişdir. Onun komanda yoldaşı Çinedu Obasi İsakı belə təsvir etmişdir — "İsveçin yeni Zlatan İbrahimoviçi".[9]
23 yanvar 2017-ci ildə İsak Borussiya Dortmund klubu ilə 2022-ci ilin yay ayına qədər beş illik müqavilə imzalamışdır.[10] Transferin dəyəri məlum deyil. Amma məlumatlara görə klub Allsvenskan təmsilçisinə 9 milyon avro təklif edib. Bu, Allsvenskanda futbolçu üçün ödənilən ən böyük transfr məbləği hesab olunur.[11] Məlumatlara görə İsak Borussiya Dortmund klubu ilə müqavilə imzalamazdan əvvəl Real Madrid klubunun təklifini rədd etmişdir.[12]
İsak klub ilə debütünü 14 mart 2017-ci ildə Sportfreunde Lotte klubuna qarşı oyunda etmişdir.[13] Kubok görüşündə Dortmund rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. İsak ilk medalını Dortmund klubu ilə 2016-17 DFB-Pokalını qazanarkən əldə etmişdir.
İsak 8 yanvar 2017-ci ildə Kot-d’İvuar millisi və 12 yanvar 2017-ci ildə Slovakiya millisi ilə yoldaşlıq görüşləri üçün İsveç milli futbol komandasına çağırılmışdır. İsak milli ilə debütünü Kot-d’İvuar millisinə qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Per Friki əvəz etmişdir. Həmin görüşdə İsveç rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. O, Slovakiya ilə görüşdə ilk 11-likdə yer almış, 19-cu dəqiqədə komandasının ilk qoluna imza atmışdır. Həmin görüşdə İsveç rəqibinə 6-0 hesabı ilə qalib gəlmişdir. İsak İsveç milli komandası tarixində ən gənc qol vuran futbolçu hesab olunur.[14]
Klub | Mövsüm | Diviziya | Liqa | Kubok | Avropa | Ümumi | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
AİK | 2016 | Allsvenskan | 24 | 10 | 2 | 3 | 3 | 0 | 29 | 13 |
Borussiya Dortmund | 2016–17 | Bundesliqa | 0 | 0 | 1 | 0 | 0 | 0 | 1 | 0 |
Ümumi karyera | 24 | 10 | 3 | 3 | 3 | 0 | 30 | 13 |
Milli komanda | İl | Oyun | Qol |
---|---|---|---|
İsveç | 2017 | 2 | 1 |
Ümumi | 2 | 1 |
# | Tarix | Məkan | Rəqib | Hesab | Nəticə | Turnir |
---|---|---|---|---|---|---|
1. | 12 Yanvar 2017 | Armd Forsis stadionu, Əbu-Dabi | Slovakiya | 1–0 | 6–0 | Yoldaşlıq |
Allsvenskan ilin debütantı: 2016[17]
İsveç milli futbol komandasında ən gənc qol vuran futbolçu: 17 yaş, 3 ay və 22 gün – (12 yanvar 2017-ci ildə Slovakiya ilə 6-0 hesablı oyunda bir qol)[14]