Aleksandr İvanov (tam adı: Aleksandr Alekseyeviç İvanov; rus. Александр Алексеевич Иванов 12 iyul 1950, Bakı – 21 dekabr 2017, Bakı) — Heydər Əliyevin şəxsi mühafizəsinin keçmiş rəhbəri və "İnterfaks-Azərbaycan" agentliyinin baş direktoru. Azərbaycan cəmiyyətində daha çox "Saşa" adı ilə tanınıb.[1]
Aleksandr İvanov | |
---|---|
Aleksandr Alekseyeviç İvanov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Beyninə qan sızma |
Dəfn yeri | |
Atası | Aleksey İvanov |
Dini | Rus pravoslav |
Fəaliyyəti | Cangüdən |
Fəaliyyət illəri | 1978-???? |
Aleksandr Alekseyeviç İvanov 1950-ci ilin 12 iyul tarixində Bakıda anadan olub.[2] Uzun müddət SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib.
1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan SSR KQB-nin 5-ci diviziyası nəzdində 9-cu bölmənin baş təhlükəsizlik işçisi və Heydər Əliyevin cangüdəni olub.[3][4]
1987-ci ilin oktyabrından Heydər Əliyevin Siyasi Bürodakı vəzifəsindən uzaqlaşdırılmasına qədər onunla olub.[2]
A. İvanov 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin edilib.[2]
O, dekabrın 21-də beyninə qan sızması nəticəsində vəfat edib.[5] İvanovla vida mərasimində Azərbaycanın ictimai və siyasi xadimləri, jurnalistlər, güc strukturlarının işçiləri iştirak edib. Milli Qvardiyanın əsgərləri Azərbaycan Prezidenti İlham Əliyevin adından əklil qoyublar.[2] Aleksandr İvanov Yasamal qəbiristanlığında dəfn edilib.[2] Onun məzarı üzərinə dövlət strukturları, dostları və qohumları tərəfindən güllər və əklillər düzülüb.[2]