Aleksandr Artyomov (çuvaşca: Александр Спиридонович Артемьев, 14 sentyabr 1924[1], Çeboksarı – 5 avqust 1998[1], Çeboksarı) — çuvaş yazıçısı, şairi, ədəbi tənqidçi və tərcüməçisi, Çuvaşiyanın xalq yazıçısı
Aleksandr Spiridonoviç Artyomov | |
---|---|
Təxəllüsü | Aleksandr Artyomov |
Doğum tarixi | 14 sentyabr 1924[1] |
Doğum yeri | Turi-Vıla kəndi, Yadrinsk qəzası, Çuvaşiya Respublikası |
Vəfat tarixi | 5 avqust 1998[1] (74 yaşında) |
Vəfat yeri | Çeboksarı, Çuvaşiya Respublikası |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | çuvaş türkü |
Təhsili | M.Qorki adına Ədəbiyyat İnstitutu |
Fəaliyyəti | yazıçı, şair, ədəbi tənqidçi, tərcüməçi |
Əsərlərinin dili | çuvaşca |
Janrlar | hekayə, roman, bədii tərcümə |
Üzvlüyü | |
Mükafatları |
Aleksandr Spiridonoviç Artyomov 14 sentyabr 1924-cı ildə, Çuvaşıstan Respublikasının Yadrinsk qəzası, Turi-Vıla kəndində anadan olmuşdur.[2]
Orta məktəbi Çuvaşiyanın Krasnoçetaysk rayonunun Ştanaşi kəndində bitirmişdir. Təhsilini bitirən kimi İkinci Dünya müharibəsinə göndərilmişdir. Əvvəlcə sıravi, sonra isə kiçik komandir kimi vuruşmuşdur.
Müharibə bitdikdən sonra Uzaq Şərqdə, Mancuriyada vuruşmuşdur. Cəbhədə üç dəfə yaralanmış, döyüş igidliyinə görə medalla təltif olunmuşdur.
Ehtiyata göndərildikdən bir müddət kənddə təbliğati işdə çalışmış, daha sonra “Bayraq” («Ялав») ədəbi dərgisində və «Tavan atal» («Таван Атал») dərgilərində məsul katib vəzifələrində çalışmışdır. Bədii yaradıcılığa da bu illərdə başlamışdır.
Qiyabi olaraq M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır.
1951-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilmişdir.
5 avqust 1998-ci ildə Çuvaşıstanın paytaxtı Çeboksarı şəhərində vəfat etmişdir.[3][4]
Aleksandr Artyomov yaradıcılığa poeziya ilə başlamışdır. Əsərlərini çuvaş dilində yazmışdır. Şeirlərlə yanaşı, bir çox nəsr əsərlərinin və tərcümələrin müəllifidir. Onun poeziya və nəsr əsərlərinin mühüm bir qismi rus dilinə tərcümə edilmişdir.
Aleksandr Artyomov, eyni zamanda, tərcümə yaradıcılığı ilə də məşğul olmuş, A.Puşkin, M.Lermontov, İ.Turgenev, L.Tolstoy, İ.Höte və başqa müəlliflərin əsərlərini çuvaş dilinə çevirmişdir.