Aleksandr Andreyeviç Byalko (rus. Александр Андреевич Бя́лко; 28 avqust 1952[1], Moskva – 23 avqust 2024, Moskva) — rus jurnalisti, yazıçısı, Nə? Harada? Nə zaman? oyunun iştirakçısı, fizika-riyaziyyat elmləri namizədi.
Aleksandr Byalko | |
---|---|
rus. Александр Андреевич Бялко | |
Doğum tarixi | 28 avqust 1952[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 2024 (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması[d] |
Uşağı | 2[1] |
Təhsili | |
Fəaliyyəti | jurnalist, İntellektual oyunlar iştirakçısı[d], fizik, Poliqlot, radioaparıcı[d], pedaqoq, nasir, Tyutor |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
28 avqust 1952-ci ildə dünyaya gəlib. İxtisasca nüvə fiziki olub.1984-cü ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin Moskva Jurnalistika İnstitutunu bitirib. O, həmçinin Moskva Xarici Dillər İnstitutunda təhsil almışdır.[2] Səkkiz dil bilirdi. 1986-cı ildə "Sinqulyar qiymətin parçalanması metodundan istifadə etməklə verilənlərin sıxılmasına əsaslanan ikiölçülü spektrometrik məlumatların toplanması, saxlanması və təhlili sistemi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Nüvə fizikası və informasiya nəzəriyyəsi sahəsində 40-a yaxın məqaləsi var. 2008–2009-cu illərdə — Əmək və Sosial Münasibətlər Akademiyasının dekanı olmuşdur. 2007-ci ildə Rusiyanın "Mədəniyyət" radiostansiyasında "Byalko Şou" verilişinə aparıcılıq etmişdir.[3] 1979-cu ildə "Nə? Harada? Nə zaman?" oyununa qoşulmuş, 2010-cu ildə klubu tərk etmişdir.[4] 23 avqust 2024-cü ildə vəfat edib.[5]