Aleksandr Demyanenko

Aleksandr Sergeyeviç Demyanenko (rus. Александр Сергеевич Демьяненко; 30 may 1937[2][3], Sverdlovsk[4]22 avqust 1999[2][3], Sankt-Peterburq[4]) — SovetRusiya aktyoru, RSFSR-in xalq artisti (1991)[5].

Aleksandr Demyanenko
rus. Александр Сергеевич Демьяненко
Doğum adı Aleksandr Sergeyeviç Demyanenko
Doğum tarixi
Doğum yeri Sverdlovsk, RSFSR, SSRİ
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Rusiya
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Serafimovskoye qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİRusiya Rusiya
Həyat yoldaşı Marina Sklyarova
Lüdmila Demyanenko
Uşağı Ancelika Nevolina
Atası Sergey Petroviç Demyanenko[1]
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1958-1999
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d] (–1959)
İstiqamət teatr
kino
televiziya
Mükafatları "RSFSR xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı
IMDb ID0218849
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Sergeyeviç Demyanenko 30 may 1937-ci ildə anadan olmuşdur. O, ən tanınmış rus aktyorlarından biri idi. Onun ifa etdiyi Şurik rolu ötən əsrin 60-cı illərində komediya aləmində ən məşhur obraz sayılırdı.

Sverdlovskda 37 saylı məktəbi uğurla bitirdikdən sonra Demyanenko aktyorluq sənətinə yiyələnmək qərarına gəlir. Bu sahə üzrə təhsil aldıqdan sonra o, Mayakovski adına teatrın səhnəsində bir neçə rol ifa edir. Bundan sonra Aleksandr paytaxtı tərk edir və ömrünün sonuna qədər yaşayacağı Leninqrada gedir.

О 1984-cü ildən Akimov adına komediya teatrının aktyoru kimi çalışmağa başlayır. A. Demyanenko bu teatrın səhnəsində bir sıra parlaq obrazlar canlandırır. "Don Pedro" tamaşasındakı rolu Demyanenkonun son işlərindən biri olmuşdu.

Kino fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

A. Demyanenkonun kino fəaliyyəti Aleksandr AlovVladimir Naumovun "Külək" filmindəki rolu ilə başlayır. Bu film 1958-ci ildə ekranlara çıxmışdı. Daha sonra elə həmin rejissorların daha bir filmində çəkilən Demyanenko yenə uğur qazanır. Hətta iş o yerə çatır ki, həmin ekran əsəri Venesiya festivalında iştirak edir. Elə həmin ildə aktyor daha 2 filmə – "Dima Qorinin karyerası" və "Böyük uşaqlar"a çəkilir. Tezliklə Aleksandr Demyanenko Mayakovski adına teatrı tərk edib "Lenfilm" kinostudiyasında fəaliyyətə başlayır.

"I" əməliyyatı və Şurikin başqa macəraları" filmindən sonra Demyanenko komediya aktyoruna çevrilir. Leonid Qaydayın hər üç filmi – "I" əməliyyatı", "Qafqaz əsiri" və "İvan Vasilyeviç peşəsini dəyişir" hələ o zaman sovet komediya kinosunun "qızıl fond"una daxil olmuşdu.

Çox keçmədən rejissorlar maraqlı rolları Demyanenkodan əsirgəməyə başladılar. Lakin aktyor həmin dövrdə televiziyada ən gözlənilməz obrazlar və hətta monotamaşalarla çıxış etməyə başladı.

Aleksandr Demyanenko ən məşhur dublyaj aktyorlarından biri idi. Belə ki, onun səsilə ekranlarda Ömər Şərif, Jan-Pol Belmondo, Uqo Tonyassi, Robert de Niro, Stiv Buşemi, Con Voyt və b. aktyorlar danışırdılar[6].

1968-ci ildə A. Demyanenko Leninqrad televiziyasında qısametrajlı "Müqəddəs yalan" qısametrajlı filminə quruluş verir. A. Demyanenko eləcə də uğurla "Çiyələk" serialında çəkilmişdi. 1991-ci ildə ona Rusiyanın xalq artisti fəxri adı verilmişdir.

Aleksandr Sergeyeviç Demyanenko 22 avqust 1999-cu ildə ürək çatışmazlığından vəfat etmiş və Sankt-Peterburqda dəfn olunmuşdur.

İl Azərbaycanca adı Orijinal adı Rol
1959 Külək Ветер Mitya
1959 Hər şey yoldan başlayır Всё начинается с дороги Gennadi
1959 Yaşıdlar Сверстницы fotoqraf
1961 Dikanka yaxınlığında xutor axşamları Вечера на хуторе близ Диканьки oğlan
1961 Böyük uşaqlar Взрослые дети İqor Nikolayeviç Vinoqradov
1961 Dima Qorinin karyerası Карьера Димы Горина Dima Qorin
1961 Beş gün, beş gecə Пять дней, пять ночей əsgər
1962 Boş reys Порожний рейс Pavel Sirotkin
1963 Birinci trolleybus Первый троллейбус Sergey
1963 Fövqəladə komissiyanın əməkdaşı Сотрудник ЧК Aleksey Mixalyov
1964 Dövlət əhəmiyyətli cinayətkar Государственный преступник Andrey Polikanov
1965 "I" əməliyyatı və Şurikin başqa macəraları Операция "Ы" и другие приключения Шурика Şurik
1966 Qafqaz əsiri və ya Şurikin yeni macəraları Кавказская пленница, или Новые приключения Шурика Şurik
1968 Uqrümçay Угрюм-река İlya Soxatıx
1969 Sabah, aprelin 3-ü… Завтра, третьего апреля… milis leytenantı
1970 Kabildə tapşırıq Миссия в Кабуле Smıkov
1970 Mənim əziz atam Мой добрый папа Vladimir İvanoviç İvanov
1971 Köhnə həyatın dramı Драма из старинной жизни dəli
1971 Bağda На даче Mitya
1971 Lyonya, məni tap! Найди меня, Лёня! casus
1972 Salam və sağ ol Здравствуй и прощай kolxoz sədri
1972 Pompeyin son günləri Последние дни Помпеи Filimon Kuper
1972 Musiqi müəllimi Учитель пения Valeri Sergeyeviç
1973 İvan Vasilyeviç peşəsini dəyişir Иван Васильевич меняет профессию Aleksandr Sergeyeviç Timofeyev
1973 Açıq kitab Открытая книга Andrey Lvov
1973 Ağıllı şeylər Умные вещи satıcı
1974 Yad varis Незнакомый наследник işçi-bayançalan
1974 Qışın son günü Последний день зимы
1974 Qəribə böyüklər Странные взрослые Yevgeni Pavloviç Nalivayko
1975 Yeganə Единственная Hesablayıcı Mərkəzin əməkdaşı
1975 On bir ümid Одиннадцать надежд Volodya
1977 Səmada durna Журавль в небе Andrey Zabolotnı
1978 Hər şeyi bircə an həll edir Всё решает мгновение Martınov
1978 Kirpi Ёжик Aleksandr Sergeyeviç
1978 Torpağın duzu Соль земли Semyon Vasilyeviç Qribkov
1978 Qışın sonunda görüş Встреча в конце зимы Kudryavı
1979 Arvad getdi Жена ушла Stepan
1979 Yarasa Летучая мышь vəkil Blindt
1979 Bülbül Соловей Mexanikus
1981 Sağ qalanlar arasında itkin düşənlər Пропавшие среди живых Yuri Yevgenyeviç Belyançikov
1981 Qafqaz dağlarına səyahət Путешествие в Кавказские горы Nikolay İvanoviç
1981 Yoldaş İnnokenti Товарищ Иннокентий
1983 Yaşıl furqon Зелёный фургон Viktor Prokofyeviç Şestakov
1983 Hadisə yeri Место действия Zakrjevski
1983 Səni heç vaxt unutmayacağam Я тебя никогда не забуду hospitaldakı yaralı
1984 Mehriban, əziz, sevimli, yeganə… Милый, дорогой, любимый, единственный… milis kapitanı
1984 Qoca sehrbazın nağılları Сказки старого волшебника adamyeyən
1984 Üç faiz risk Три процента риска Vladimir Loginoviç Katasonov
1985 Böyüyəndə Когда становятся взрослыми Mityanın atası
1986 Köhnə silah haqqında ballada Баллада о старом оружии sürücü İvanov
1987 Gümüş simlər Серебряные струны Yeqor Arxipoviç Sukonkin
1988 Tamara Aleksandrovnanın əri və qızı Муж и дочь Тамары Александровны Slava əmi
1988 Emma Эмма
1989 Parlaq şəxsiyyət Светлая личность həkim Spravçenko
1990 İmperatorun addımları Шаги императора qoşun komandiri
1991 Milyon dəyərində oyun Игра на миллионы Roman Jukov
1992 Ağ paltarlar Белые одежды Boris Nikolayeviç Poray
1992 Reket Рэкет Qavrila İvanoviç Obozov
1995 Ev Дом
1996 Çiyələk Клубничка Valerian Makaroviç
  1. «Короли комедии – Александр Демьяненко», Сергей Капков
  2. 1 2 Aleksandr Demjanenko // filmportal.de. 2005.
  3. 1 2 Bibliothèque nationale de France Aleksandr Demianenko // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #128925736 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "Александр Демьяненко: Биография и фильмография". 2014-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-23.
  6. интервью с Александром Демьяненко "Не слишком радостные приключения Шурика" Дмитрий Савельев Arxivləşdirilib 2011-05-26 at the Wayback Machine ссылка проверена 12 февраля 2009

.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]