Bu məqaləni vikiləşdirmək lazımdır. |
Robert de Niro (17 avqust 1943[1][2][…], Nyu-York, Nyu-York ştatı[4] və ya Manhetten, Nyu-York ştatı) — ABŞ aktyoru.
Robert De Niro | |
---|---|
ing. Robert De Niro | |
| |
Doğum adı | Robert Anthony De Niro |
Doğum tarixi | 17 avqust 1943[1][2][…] (81 yaş) |
Doğum yeri |
|
Uşaqları | 7[3] |
Fəaliyyəti | kinorejissor, film prodüseri, kino aktyoru, səsləndirmə aktyoru[d], televiziya prodüseri[d], ssenarist, teatr aktyoru, aktyor, teatr prodüseri[d], prodüser, rejissor, prodüser, yazıçı |
Fəaliyyət illəri | 1963-cü ildən |
Təhsili | |
Boyu | 177 sm |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0000134 |
Vikianbarda əlaqəli mediafayllar |
1943-cü il 17 avqustda Nyu-Yorkda anadan olub. İstedada malik valideynlərin övladı olsa da demək mümkündü ki, uşaqlıq dövrlərindən onun üçün heç də parlaq xatirələr qalmayıb. Əksinə balaca Robert cürbəcür sıxıntılar yaşayıb. Üç yaşı olar-olmaz atası ilə anası ayrıldılar və onun uşaqlığı Manhettendə "Balaca İtaliya" adlanan məhəllədə keçdi. Və Robertin təlim-tərbiyyəsi ilə bütövlükdə anası məşğul oldu. Həmin dövrlərdə o, digər uşaqlardan seçilmirdi, arıq, sısqa bir oğlan idi. Əksər uşaqlar kimi Robert də məktəbə getdi. Dərslərində həmyaşıdlarından o qədər seçilməsə də kiçik De Niro məktəbdə, həm də küçə teatr truppalarınin hazırladığı tamaşalarda iştirak edirdi. Və bütün bunları gələcək şedevrin ilk rolları da adlandırmaq olardı. Oxuduğu məktəbdə bu xoş simalı, arıq, ağbəniz Roberti "Südlü Bobbi" adlandırırdılılar. Məhz elə həmin illərdə kiçik Robert hiss edirdi ki, aktyor olmaq istəyir və bu arzusunun qarşısına dayana bilmir. Və bu duyğular onu öz arxasınca çəkib apardı. O, on altı yaşında məktəbi atıb özünü bu yola həsr etmək üçün fəaliyyətə başladı. Bununla da uşaqlıq və yeniyetməlik həyatına əlvida demək məcburiyyətində qaldı.
Yetkinlik yaşlarınadək yaşadığı sıxıntılar onun yaddaşında dərin izlər buraxdı. Valideynləri ayrıldığından o, atası ilə az-az görüşərdi. Robert De Niro həmin dövrləri belə xatırlayırdı. "Atamla çox nadir hallarda görüşərdik və bu heç vaxt qabaqcadan planlaşdırılmazdı. O mənimlə küçədə rastlaşanda biz gəzməyə çıxar, bəzi hallarda isə kinoya, ya da muzeyə gedərdik. Həmin vaxtlar atamın hansısa çardaqda sərsəri həyat yaşamasına, daimi iş yerinin olmamasına görə sıxılardım. Mənim dostlarımın heç birinin atası elə deyildi. Bir də atam heç vaxt mənə incəsənəti öyrətməyə cəhd etməmişdi. O deyərdi, bu elə bir şeydi ki, baxdığın zaman ya xoşuna gələ bilər, ya da gəlməyə bilər. Amma bütün bunlara baxmayaraq mənə elə gəlir ki, atamın bəzi xarakterləri mənə miras qalıb. Məsələn, tez özümdən çıxmağımda yəqin ki, ona oxşamışam".
1989 ildə özünün "TriBeCa" şirkətini yaratmışdır. Nyu-Yorkda keçirilən "TriBeCa" Beynəlxalq kinofestivalının 2002-ci ildən təşkilatçılarından biridir. Venesiya (1993), Moskva (1997), San-Sebastyan (2000) Beynəlxalq kinofestivallarının fəxri mükafatlarını almışdır.
Robert 16 yaşında incəsənət məktəbinə daxil oldu. Və bununla da onun aktyorluq dünyasına cığırı başladı. O, iki ildən sonra aktyorluq studiyasına gəldi və burada yorulmaq bilmədən, usanmadan çalışmağa başladı. O inanırdı ki, bütün bu əziyyətlərinin nəticəsi olacaq. Oldu da. Nəhayət düz dörd ildən sonra o, rejissor Brayn de Palmanın filmində özünün ilk rolunu oynadı. "Manhettendə üç otaq"da onu epizodik rola çəkdilər. De Niro yolunu düz seçmişdi, tale onu bu yolda aparacaqmış. Belə ki, üç ildən sonra De Niro yenidən ekranda göründü. Bu dəfə "Salamlaşma"da Con Rubin obrazında. İlk rolları ilə sənətdə partlayış etməsə də artıq belə demək olar ki, onun önü açılmışdı, yalnız yorulmadan çalışmaq lazım idi. O belə də etdi. Və növbəti il yeni bir filmə - "Semin nəğməsi" lentində Sem Nikoletti rolunda çəkildi.
İlk rollarından sonra gənc aktyorun oyun maneraları, istedadı, fərdi aktyorluq keyfiyyətləri yavaş-yavaş rejissorların diqqətini cəlb etməyə başlamışdı. Onun çıxışlarına diqqət edənlər bu gəncin daxilində gizlənən, parlamaq üçün fürsət gözləyən aktyorluq istedadını görməyə bilməzdilər. Bundan başqa, De Niro özü də üzərində işləyir, hətta bədən quruluşunu daha yaxşı formalaşdırmaq üçün idmanla da məşğul olurdu. Məhz elə bu səbəblərdən idi ki, qısa müddətdən sonra rejissorlar demək olar ki, ona yeni rol gözlətməyə macal vermədilər və De Niro 1970-ci ildə biri-birinin ardınca filmlərə çəkilməyə başladı. "Qanlı ana"da Lloyd Barker, "Hi Mom"da Con Rubin, 1971-ci ildə "Cenefer haqda düşünmək"də Mardician, "Qələbə üçün doğulan"da Denni, "Güllələməyi bacarmayan banda"da Mario Trantino obrazlarını yaratdı. Və bununla da hər kəsin diqqətini özünə cəlb edə bildi. Sonrakı iki ildə o cəmi iki filmdə çəkildi. Sonra isə...
1974-cü ildə Robert De Niro "Xaç atası 2" filmində çəkildi. Filmdə De Niroya həvalə olunan Vito Karleoni obrazını aktyor çox böyük ustalıqla, bacarıqla yaratmaqla demək olar ki, şöhətin qapılarını öz üzünə açdı. Milyonlarla tamaşaçının sevimli aktyoruna çevirdi. İndi hamı ondan danışırdı. Robert sanki sənətdə özünü təsdiqləmişdi. Bu parlaq obraz kinonun "boss"larının da diqqətini çəkməyə bilməzdi. De Niro məhz bu roluna - ikinci plandakı rol nominasiyasına görə "Oskar" mükafatına layiq görüldü. Artıq o, dünya kino ulduzuna çevrilmişdi. Adlı-sanlı rejissorlar onu filmə çəkmək istəyirdilər, təkliflər səngimirdi. Böyük yaradıcı enerjiyə malik De Niro isə imkanı yol verdiyi şəkildə bu təklifləri dəyərləndirməyə çalışıırdı. Bununla yanaşı, aktyorun şəxsi həyatı da dəyişmişdi. Maddi imkanları düzəlmiş, maraq dairəsi artmış, qadınlarla münasibətində də "rekord" əldə etməyi "bacarmışdı". Hətta zərif cinsin nümayəndələri ilə manasibətləri haqda əfsanələr də dolaşmağa başlamışdı. Robert De Nironun ilk evliliyi müğənnilik və aktrisalıq edən Dayenn Ebbotla baş tutdu. Sənətdə elə də məşhur olmayan xanım Ebbotun artıq bir evliliyk yaşamşıdı. Bunda bir problem görməyən De Niro aktrisanın qızını da övladlığa qəbul etdi. Sonra onun özünün bu nigahdan Rafael adlı bir oğlu oldu. Amma bu evlilik çox da uzun sürmədi, 1988-ci ildə onlar ayrıldılar.
De Nironun 1976-cı ildəki yaradıcılığını məhsuldar hesab etmək mümkündü. Belə ki, bu il ərzində o üç filmdən təklif aldı və hər üçündə uğurla çəkildi: "Taksiçi", "İyirminci əsr" və "Sonuncu maqnat". İstedadlı aktyorun uğurları da davam edirdi. 1980-cı ildə onu tamaşaçılara bir də sevdirən, dünyadakı məşhurluğunu daha da artıran bir filmə çəkildi. Martin Skorsezin "Vəhşi öküz" filmində Robert De Niro yenidən əvəzsiz bir ifaya imza atdı. Yaratdığı obraza görə o, "Ən yaxşı aktyor" nominasiyası üzrə yenidən "Oskar" mükafatına layiq görüldü. O, artıq Böyük aktyor, Hollivudun "boss aktyor"larından biri olmuşdu. Yalnız onun iştirakı hər hansı bir filmin uğurunun qabaqcadan tən yarısı demək idi. Elə bu üzdən də o, təkliflərdə seçim etməliydi. Amma aktyor üçün əsas meyar rolun böyüklüyü və ya kiçikliyi deyildi, kifayət idi ki, De Niro özünü həmin rolda görə biləydi.
De Niro uzun müddətli aktyorluq karyerasında 75-dən çox filmdə çəkilib. Onun 37 yaşında çəkildiyi və ona şöhrətin ən uzaq şirinliklərini belə daddıran "Bir dəfə Amerikada" filmindəki Devid Aaraonson (Lapşa) rolu aktyorun şedevrlərindən sayılır. Yaratdığı bu obrazla təkrarsız bir ifa sərgiləyən De Niro həqiqətən də aktyorluq sənətini, sözün ən yaxşı mənasında, silkələdi. Kino mütəxəssisləri etiraf edirlər ki, De Niro rejissorun, ssenaristin, prodüserin obraz üçün unutduqları, və ya tapa bilmədikləri ştrixləri, xarakterik xüsusiyyətləri özü kəşf edir, standart ölçüləri dağıdır, rolu tamaşaçının yaddaşına həkk etməyi bacarır. Doğrudan da hər kəs onun obrazlarının hər birini öz xarakterində, fərqli-fərqli detallarla görürdü...
Sənətə olan sevgisindən, sədaqətindən fərqli olaraq De Niro məhəbbətdə qətiyyən belə deyildi. Debor Lya Motta, Helen Lissandrello, mulat Tuni Smit, Nayomi Kempbel, Uma Turman, fransız maneken Anna Mari Foks, Maykl Ceksonun bacısı Cannet, məşhur müğənni Vitni Hyuston, boks üzrə çempion Mayk Taysonun keçmiş arvadı Robin Qvines və başqa qadınlarla ciddi sevgi əlaqələri olmuşdur.
Hətta "Dəmir Mayk"ın keçmiş arvadının üzündən boksçu tərəfindən az qala əzişdiriləcəkmiş də. Amma qəribə də olsa demək lazımdır ki, De Nironun məhəbbət romanları rəngarəng keçsə də o, 20 ildir ki, ilk arvadı Dayan Abbotla dostluq və yaxın əlaqələri saxlamağı davam etdirir. Övladlığa götürdüyü həmin qadının qızı Drena öz atalığının yolu ilə getməkdədir. Kinoda hələlik böyük uğurlar əldə etməsə də filmlərə çəkilir. Bu nigahdan olan oğlu Rafael isə atasının biznes işlərinə daha çox meyl edib.
O hazırda elə doğulduğu şəhərdə yaşayır. Sanki həyat onu çox az dəyişib. Xüsusən də fəaliyyətində. Üzündəki qırışlar bir az dərinləşsə də, çoxalsa da, saçları ağarıb seyrəlsə də, hərəkətlərində ləngər yaransa da işləmək, yaratmaq enerjisi onu sanki heç tərk etməyib.
Bəlkə də həyatın ironiyasıdırmı, ya təsadüfdürmü Robert De Nironun uşaqlığından fərqli olaraq hər şeyi - pulu, zəngin evi, adı-sanı, şöhrəti, saysız-hesabsız pərəstişkarları, çoxlu dostları, sevənləri olsa da o gündəlik həyatını Manhettendəki Qrinviç-Villacda təklikdə keçirir. Amma yenə də nəyisə axtarırmış kimi hərəkətdədir. Bəzən adama elə gəlir ki, o ümumiyyətlə sənətdə heç nə eləməyib və hansısa uğura can atır. Əslində isə De Niro kinoda hər şeyi əldə edib. Onun hətta rejissoru və ya prodüseri olduğu filmlər də indi dünyanı dolaşmaqdadır. İstedadına və zəhmətinə görə onlarla qiymətli mükafatların sahibidir, özünün restoranı və digər biznes strukturları da var. 67 yaşı olmasına baxmayaraq müsahibələrinin birində deyib: "Mən öləndən sonra istirahət edəcəyəm". Bəs onu belə tələsdirən görəsən nədir? Sənətdə daha nə etməyi düşünür, - suallarına Robert De Niro belə cavab verib: "Mən öz keçmişimlə əlləşmirəm. Artıq baş vermişlər haqqında düşünmək mənasızdır. Düşünürəm ki, mənimlə ən yaxşısı hələ baş verməyib. Hiss edirəm ki, nəsə çox maraqlı bir şey edəcəyəm".