Aleksandr Viktoroviç Fok (rus. Александр Викторович Фок; 25 avqust (6 sentyabr) 1843 – 2 dekabr 1926) – Rusiya İmperator Ordusunun general-leytenantı. Rus-yapon müharibəsində iştirak etmiş, Port-Arturun mühasirəsi zamanı quru müdafiə qüvvələrinin komandanı olmuşdur.
Aleksandr Fok | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 avqust (6 sentyabr) 1843 |
Vəfat tarixi | 2 dekabr 1926 (83 yaşında) |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | piyada |
Rütbəsi | general-leytenant |
Döyüşlər | |
Təltifləri |
Aleksandr Fok 1843-cü ildə doğulmuşdur. Hərbi akademiyanı bitirdikdən sonra 1871–1876-cı illərdə jandarmalarda xidmət göstərmiş, 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində döyüşmüşdür. Sibirdə müxtəlif hərbi vəzifələri tutmuş, 1900-cü ildə 4-cü Şərqi Sibir piyada briqadasının komandanı olaraq Boksçular üsyanına göndərilmiş beynəlxalq briqadada iştirak etmişdir.[1]
Fok 1904-cü ildə general-leytenant rütbəsinə yüksəlmiş və Rus-yapon müharibəsinin əvvəlində Port-Arturda 4-cü Şərqi Sibir Piyada Diviziyasının komandanı olmuşdur. O, Nanşan döyüşündə iştirak etmiş və rusların bu döyüşdəki məğlubiyyətinin ən böyük səbəbkarı hesab olunmuşdur. Ehtiyat qüvvələri Şərqi və Qərbi Panluna göndərmək barədə olan əmrə itaət etməkdən imtina etdiyi üçün 21 avqust 1904-cü ildə Konstantin Smirnov tərəfindən hərbi vəzifəsindən azad edilmişdir. General-leytenant Roman Kondratenkonun 1904-cü ilin dekabrındakı ölümündən sonra general-leytenant Anatoli Stessel tərəfindən Port-Arturun quru müdafiə qüvvələrinin komandanı təyin olunmuşdur. O, Port-Arturun təslimiyyətində iştirak etmiş və 1906-cı ilin qışında Sankt-Peterburqda hərbi məhkəməyə çıxarılmışdır.[1]
Fok 1908-ci ildə həbsdən çıxdıqdan sonra hərbi karyerasına son qoymuşdur, lakin 1912-ci ildə Birinci Balkan müharibəsi başlayanda könüllü əsgər kimi Bolqarıstan ordusuna qatılmışdır. 1926-cı ildə naməlum səbəblərdən ölmüşdür.[1]