Birinci Balkan müharibəsi

Birinci Balkan müharibəsi - 7 oktyabr 1912-30 may 1913-cü ildə Bolqarıstan krallığı, Serbiya krallığı, Yunanıstan krallığıÇernoqoriya krallığından ibarət Balkan İttifaqının Osmanlı dövlətinə qarşı başladığı müharibə. Bu müharibə ilə Balkan dövlətləri, Osmanlı dövlətinin Balkan yarımadasındakı torpaqlarının böyük bir hissəsini ələ keçirmişdir. Bu müharibə nəticəsində Osmanlı dövləti ƏdirnəQırxlareliyə qədər olan Midye-Enez xəttinin qərbindəki bütün torpaqlarını Balkan dövlətlərinə buraxmağa məcbur qalmışdır.

I. Balkan müharibəsi
Balkan Müharibələri
1913-də Balkanlar
Tarix 8 oktyabr 1912 - 30 may 1913
Yeri Balkan Yarımadası
Səbəbi Balkan İttifaqının Osmanlını Balkan yarımadasından çıxarma istəyi
Nəticəsi Balkan Birliyi qazandı ve Osmanlı məğlub oldu, London Müqaviləsi
Ərazi dəyişikliyi Osmanlı imperiyası Balkanlarda, Egey dənizində olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı. Albaniya müstəqil knyazlıq elan edildi.
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Balkan ittifaqı:
Bolqarıstan Bolqarıstan çarlığı
Serbiya Serbiya Krallığı
Yunanıstan Yunanıstan Krallığı
Monteneqro Monteneqro Krallığı

Komandan(lar)

Nazım Paşa,
Zeki Paşa,
Esad Paşa,
Abdullah Paşa,
Ali Rıza Paşa,
Hasan Tahsin Paşa

Bolqarıstan Mihail Savov
Bolqarıstan Ivan Fichev,
Bolqarıstan Vasil Kutinçev,
Bolqarıstan Nikola Ivanov,
Bolqarıstan Radko Dimitriev,
Bolqarıstan Georgi Todorov
Serbiya Radomir Putnik,
Serbiya Petar Bojović,
Serbiya Stepa Stepanović,
Serbiya Božidar Janković
Yunanıstan I. Konstantin,
Yunanıstan Panagiotis Danglis,
Yunanıstan Pavlos Kountouriotis
Monteneqro I. Nikola,
Monteneqro Danilo Petrović,
Monteneqro Mitar Martinović,
Monteneqro Janko Vukotić

Tərəflərin qüvvəsi

350,000

Bolqarıstan 366,000 (600,000) Serbiya 190,000 (366,000) Yunanıstan 115,000 (190,000) Çernoqoriya 35,000
Ümumi: 706,000

İtkilər

Osmanlı İmperiyası:
50.000 ölü
100.000 yaralı
115.000 əsir
75.000 xəstəlikdən öldü
Ümumi: 340,000 ölü, yaralı ya da əsir

Bolqarıstan Bolqarıstan:
14.000 ölü
50.000 yaralı
19.000 xəstəlikdən öldü

Yunanıstan Yunanıstan:
2.360 ölü
23.502 yaralı
1.550 xəstəlikdən öldü

Serbiya Serbiya:
5.000 ölü
18.000 yaralı

Monteneqro Monteneqro:
2.836 öldürülmüş veya hastalıktan öldü
6.602 yaralı
Ümumi: 145.000 ölü ya da yaralı

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibənin başlanması

[redaktə | mənbəni redaktə et]

8 oktyabr 1912-ci ildə Bolqarıstan, Serbiya, YunanıstanÇernoqoriyadan ibarət "Balkan ittifaqı" Osmanlı imperiyasına müharibə elan etdi. Beləliklə, tarixdə Birinci Balkan müharibəsi (8 oktyabr 1912-ci il - 30 may 1913-cü il) adlandırılan müharibə başlandı. Müharibənin baaşlamasının səbəbi Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriyanın öz ərazilərini genişləndirməyə can atmaları olmuşdur.

Müharibənin gedişatı

[redaktə | mənbəni redaktə et]

Müharibənin birinci mərhələsi (oktyabr-dekabr 1912-ci il) Balkan ittifaqı qoşunlarının hücumları ilə səciyyələnirdi. Müharibəyə hazır olmayan Osmanlı qoşunları elə ilk günlərdən Frakiyanı tərk edərək Çatalcaya doğru geri çəkilmək məcburiyyətində qaldı. Serblər Kimovoda, yunanlar isə Salonikdə türkləri məğlub etdilər. Müvəqqəti barışıq zamanı Osmanlı, SerbiyaBolqarıstan hərbi əməliyyatları dayandırsalar da, YunanıstanÇernoqoriya müharibəni davam etdirirdilər. Müharibənin ikinci mərhələsi (fevral-may 1913-cü il) Ədirnəyə hücüm istisna olmaqla, mövqe müharibəsi ilə fərqlənirdi.

Osmanlının məğlubiyyətini gözləməyən Avropa dövlətləri təşvişə düşərək 1913-cü il 3 mayda tərəflər arasında barışıq sazişi imzalatmağa nail oldular. Elə həmin il 30 mayda isə Londonda sülh müqaviləsi bağlandı. Bu müqavilənin şərtlərinə görə Osmanlı imperiyası Balkanlarda, Egey dənizində olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı. Albaniya müstəqil knyazlıq elan edildi.[1]

  1. Yeni tarix. X sinif üçün dərslik. Bakı,2002.