Aleksandr Litvinenko

Aleksandr Valteroviç Litvinenko (rus. Алекса́ндр Ва́льтерович Литвине́нко; 4 dekabr 1962[1], Voronej[2]23 noyabr 2006[3][4][…], London[5]) — Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş casusu.

Aleksandr Litvinenko
(rus. Алекса́ндр Ва́льтерович Литвине́нко)
Doğum tarixi
Doğum yeri Voronej, Rusiya SFSR, SSRİ
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri London, Böyük Britaniya
Vəfat səbəbi "Polonium-210" elementi ilə zəhərlənib
Dəfn yeri
İxtisası Casus
Təhsili
  • Orconikidze Ali Hərbi Komandanlıq Məktəbi[d] (–1985)
Fəaliyyəti yazıçı, hərbi qulluqçu, casus
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Litvinenko Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenatı rütbəsi ilə istefaya çıxdıqdan sonra Putin hakimiyyətinin ən fəal tənqidçisinə çevrilmişdi.[6] 2000-ci ildə təqiblərdən qurtulmaq üçün Böyük Britaniyaya mühacitər edən keçmiş xüsusi xidmət orqanlarının zabiti "FTX Rusiyanı partladır" adlı kitabında 1990-cı illərin sonunda Rusiyanı bürüyən terror aktlarını məhz Federal Təhlükəsizlik Xidmətinin törətdiyini bildirirdi. Onun fikrincə, məsuliyyəti çeçen mücahidlərinin üstünə atılan bu terror aktları Vladimir Putini hakimiyyətə gətirmək üçün planlaşdırılmışdı. 2006-cı il noyabrın 1-də Londonda görüş keçirdiyi dostu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Luqovoy tərəfindən zəhərlənmişdi.[7]

Həmin il noyabrın 23-də London xəstəxanalarından birində vəfat edib.[8] Onun ölümünə səbə olan "Polonium-210" elementi adətən nüvə yanacağının hazırlanmasında istifadə olunur və çox güclü şüalanma təsirinə malikdir. Ölümündən əvvəl İslamı qəbul etmişdir.[9]

  1. Bell A. Alexander Litvinenko // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  2. Deutsche Nationalbibliothek Record #125006160 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Nuclear fallout: Alexander Litvinenko died in agony. Who killed him, and why? (brit. ing.). // The Independent Britain: 2006. ISSN 1741-9743
  4. Murder in Mayfair (ing.). // London Review of Books 2016. Vol. 38, Iss. 7. ISSN 0260-9592
  5. Çex Milli Hakimiyyət Məlumat bazası.
  6. "Alexander Litvinenko pictured arriving at Millenium hotel where he was given polonium". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-28.
  7. "Alexander Litvinenko inquiry: five more things we've learned". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-28.
  8. "Aleksandr Litvinenko-nun ölümü ilə bağlı ictimai dinləmə keçiriləcək". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-28.
  9. "Alexander Litvinenko 'did not inadvertently poison himself'". www.bbc.co.uk. www.bbc.co.uk. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2020.