Anna Stepanovna Politkovskaya (qızlıq soyadı: Mazepa; 30 avqust 1958[1][2][…], Nyu-York, Nyu-York ştatı – 7 oktyabr 2006[3][4][…], Moskva]) — Rusiyada baş verən siyasi hadisələr və xüsusən də İkinci çeçen müharibəsi haqqında məqalələr yazıb[5] reportajlar hazırlayan rusiyalı jurnalist, yazıçı və insan haqları müdafiəçisi.[6]
Anna Politkovskaya | |
---|---|
rus. А́нна Степа́новна Политко́вская | |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York, ABŞ |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | Qətlə yetirilib |
Dəfn yeri | |
İxtisası | Jurnalist |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, insan hüquqları fəalı, yazıçı, sülh aktivisti, şair, aktivist |
Fəaliyyət illəri | 1982–2006 |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Daha çox Çeçenistan münaqişəsi ilə bağlı araşdırmalar aparan xanım jurnalist Rusiya ordusunun münaqişə bölgəsində törətdiyi özbaşınalıqlardan, adam oğurluqlarından və korrupsiyadan geniş məqalələr yazıb.[7] O, həmçinin Çeçenistan rəhbəri Ramzan Kadırovu da müxtəlif cinayətlərdə ittiham edib. Anna Politkovskaya "Putinin Rusiyası"[8] və "Putinsiz Rusiya", "Çeçenistan: Rusiyanın utancı" sənədli kitablarının müəllifidir. Həmin kitablarda prezident Vladimir Putinin siyasi kursu kəskin tənqid olunub.
Məhz Çeçenistanla bağlı reportajlarına görə o, ölkə və dünya miqyasında tanınmağa başlayır. 7 il ərzində bəzi qısnamalara və təhdidlərə baxmayaraq o, müharibə haqqında yazmaqdan çəkinməməmiş və fəaliyyətini əsasən bu sahəyə yönəltmişdir. O Çeçenistandakı rus hərbçiləri tərəfindən həbs olunaraq güllələnməsi imitasiya edilib. Daha sonra 2004-cü ildəki Beslan hadisələrini işıqlandırmaq üçün təyyarəyə minir. Burada içkisinə zəhər qatıldığı üçün zəhərlənir. Nəticədə Beslana gedə bilmir və Moskvada müalicə olunmağa başlayır.
Fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülən Politkovskaya 7 oktyabr 2006-cı il tarixində yaşadığı binanın liftində qətlə yetirilmişdir.[9][10][11][12] Onun ölümündə təqsirli bilinən beş nəfər 2014-cü ilin iyun ayında həbs cəzasına məhkum ediliblər, lakin bu günə qədər cinayəti kimin sifarişi olduğu, buna görə kimin ödəniş etdiyi haqda heç bir məlumat yoxdur.[13]
Anna Mazepa 30 avqust 1958-ci ildə Nyu York şəhərində anadan olmuşdur. Onun atası Stepan Mazepa əslən Ukraynanın Kostobobrov kəndindəndir.[14] Valideynləri BMT-də işləyən SSRİ diplomatları olublar.[15] Anna öz uşaqlığının çox hissəsini Moskvada keçirib. Daha sonra 1980-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika məktəbini Marina Svetayevanın poeziyası ilə bağlı dissertasiyanı yazaraq bitirib.[16] Burada təhsil aldığı dövrdə öz qrup yoldaşı Aleksandr Politkovskiy ilə tanış olaraq ailə həyatı qurur. Onların bu evlilikdən Vera və İlya adlı iki övladları var. Uşaqlıq illərini çıxmaq şərtilə Anna Politkovskaya həyatı təhlükədə olduğu dövrlər belə ölkə xaricində bir neçə həftədən artıq vaxt keçirməyib. Amerika vətəndaşı olsa belə heç vaxt Rusiya vətəndaşlığından imtina etməyib.[5]
1982–1993-cü illərdə "İzvestiya" və "Vozduşnıy transport" qəzetlərində, "ESKART" yaradıcı birliyində eləcə də "Paritet" nəşriyyatında fəaliyyət göstərib. 1994-cü ilə qədər gündəlik çıxan "Meqapolis Ekspress" qəzetində icmal yazarı olub. 1994–1999-cu illərdə "Obşaya qazeta" qəzetinin icmalçısı və fövqəladə hallar şöbəsinin redaktoru kimi fəaliyyət göstərib.[17]
1999-cu ildə "Novaya qazeta" qəzetinin xüsusi müxbiri və icmalçısı olub. O fəaliyyət göstərdiyi müddətdə dəfələrlə döyüş əməliyyatları keçirilən ərazilərdə olub. Çeçenistandakı hərbi əməliyyatlar haqqında çəkdiyi silsilə reportajlara görə 2000-ci ilin yanvar ayında Rusiyanın "Qızıl qələm" mükafatına layiq görülüb.[18][19]
Anna Politkovskaya Çeçenistanla bağlı bir sıra sənədli kitabların müəllifidir. "Cəhənnəmə səyahət Çeçen gündəliyi", "İkinci çeçen müharibəsi", "Çeçenistan Rusiyanın rüsvayçılığı" adlı kitablarla yanaşı "Razılaşdırılmış cəza", "İtən insanlar" kimi vacib məqalələri də mövcuddur. Onun "Novaya qazeta" qəzetindəki son məqaləsi "Razılaşdırılmış cəza" Rusiya federal qüvvələri tərəfindən döyüşən çeçen dəstələrinin fəaliyyətinə həsr olunub. Onun bir çox kitabları xarici dillərə tərcümə edilərək müxtəlif ölkələrdə çap olunub.[17][20]
Jurnalistika fəaliyyəti ilə yanaşı Anna Politkovskaya həm də hüquq müdafiəçisi kimi də fəaliyyət göstərirdi. O, ölmüş əsgər analarına öz haqlarını məhkəmədə qorumağa, Müdafiə Nazirliyindəki korrupsiya hallarını araşdırmağa, Nord — Ost qurbanlarına kömək edirdi.[21][22]
Mövcud hakimiyyəti çox sərt və emosional şəkildə tənqid edirdi:[23]
Niyə mən Putini bəyənmirəm? Bax buna görə bəyənmirəm. Oğurluqdan betər olan sadəliyə görə. Həyasızlığa görə. İrqçiliyə görə. Sonsuz müharibəyə görə. Yalana görə. Nord-Ostda olan qaza görə. Bütün birinci prezidentlik dövrü ərzində öldürülmüş günahsızlara görə. Meyitlərə görə halbuki bu meyitlər olmaya da bilərdi. — "Putinin Rusiyası kitabı"
|
[25] [26] haqqında məlumatlar verirdi. Hərbçilər isə məlumatları təkzib edirdilər.[27]
Anna Politkovskaya 7 oktyabr 2006-cı ildə Moskvada yaşadığı binanın liftində güllələnib. Polis əməkdaşları sonradan onun nəşinin yanında səsboğuculu Makarov tapancası və dörd ədəd güllə gilizi tapdılar. İlkin baxışda bu qətlin sifarişli olduğu bəlli olurdu çünki baş daxil olmaqla mərhuma dörd güllə vurulmuşdu. 27 avqust 2007-ci ildə FTX ŞTİBİ rəisi A. Kupryajin bəyan etdiki, Anna Politkovskayanın ölümündə Moskva Mərkəzi Dairəsinin FTX əməkdaşı polkovnik-leytenant Pavel Ryaquzov ittiham olunur.
Sonradan Moskva məhkəməsi beş kişini Anna Politkovskayanı 2006-cı ildə qətlə yetirməkdə təqsirli bilib. Bir kişi onu güllələməkdə, daha dörd kişi isə qətli təşkil etməkdə təqsirli sayılıb. Onlardan üçü Çeçenistandan olan qardaşlardır. 2009-cu ildə keçirilən məhkəmədə kişilərdən üçünə bəraət verilib.[34] İlkin qərar Rusiyanın Ali Məhkəməsi tərəfindən ləğv edilib, amma Ali Məhkəmə onların işinə yenidən baxılmasına göstəriş verib. Qardaşlardan biri, Rüstəm Mahmudov, tətiyi çəkməkdə, onun qardaşları isə hadisə yerindən qaçmaq üçün sürücülər olmaqda təqsirli bilinib. Onların daha bir qohumu və təqaüdə çıxmış polis işçisi qətli təşkil etməkdə günahkar elan edilib.[35]
2011-ci ilin may ayında müstəntiqlərin qətli törətməkdə birbaşa təqsirli bildikləri Rüstəm Mahmudovun həbsi ilə istintaqda canlanma baş verdi. Bir neçə aydan sonra qətli təşkil etməkdə günahlandırılan polis polkovnik-leytenantı Dmitriy Pavlyuçenkov həbs olundu. Pavlyuçenkov istintaqla razılığa gəlir ki təhlükəsizliyinin qarşılığında qətllə bağlı bildiyi hər şeyi onlara danışacaq. 2012-ci ilin dekabr ayında məhkəmə onun, 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. İttihama görə keçmiş zabit Dmitri Pavlyuçenkov jurnalistin hərəkət marşrutlarını izləyib və qatilə silah verib. Hökmə görə keçmiş polis zabiti jurnalistin ailəsinə də 3 milyon rubl – təxminən 98 000 dollar pul ödəməlidir.[36]
2013-cü ilin yay ayında Moskva Şəhər Məhkəməsi Anna Politkovskayanın ölümündə iştirakda şübhəli bilinənlərlə bağlı araşdırmalara başladı. Əvvəlcə bəraət almış İbrahim və Cəbrayıl Mahmudovlar, keçmiş polis işçisi Sergey Hacıqurbanov və Mahmudovların üşüncü qardaşı Rüstəm ilə əmiləri Lom Əli Qaydukaev həbs olundular. 12 il müddətinə azadlıqdan məhrum olunan İbrahim Mahmudov tutulanlar arasında ən az həbs cəzası alan oldu. İttihama görə o, Anna Politkovskayanın evindən bir neçə küçə uzaqda dayanmış və onun gəlişini qardaşı Cəbrayıl Mahmudova xəbər vermişdi. Cəbrayıl Mahmudov isə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası aldı. Prokurorların iddiasına görə o, cinayəti törədən öz qardaşı Rüstəmi cinayət törədilmiş yerə maşınla gətirmişdi. Qətli törətməkdə təqsirli bilinən Rüstəm Mahmudov və qətli təşkil etməkdə günahlandırılan Lom Əli Qaydukaev isə ömürlük həbs cəzasına məhkum edildilər. İttihamın yekun qərarına əsasən 2006-cı ilin yayında Qaydukaev Anna Politkovskayanın qətli üçün 150 min dollar alıb. O, qətlin bütün planını cızıb və bunun üçün öz qohumlarını Mahmudov qardaşlarını eləcə də keçmiş DİN əməkdaşları Dmitriy Pavlyuçenkovla Sergey Hacıqurbanovu da cəlb edib. Sergey Hacıqurbanov isə cinayətkar qrupun hərəkətini koordinasiya etdiyi üçün cəzasını sərt rejimli koloniyada çəkmək şərtilə 20 il azadlıqdan məhrum edilib.[37]
Qətldə təqsirləndirilənlər həbs olunsalar belə qətlin sifarişçisi hələ də tapılmayıb.[38] 10 iyun 2017-ci ildə isə qətli təşkil etməkdə təqsirli bilinən Lom Əli Qaydukaev xəstəxanada ölüb. Rəsmilər onun xroniki xəstəlikdən öldüyünü deyiblər, lakin onun həbsxanada döyülərək öldürüldüyü də iddia olunur.[39] Müttəhimlərin beşi də tamamilə günahsiz olduqlarını bəyan ediblər.[40] Qətli törətməkdə təqsirləndirilən digər məhbus Rüstəm Mahmudov isə 2019-cu ilin avqust ayında Yeva Merkaçevaya verdiyi müsahibəsində günahkar olmadığını və heç vaxt bir insana atəş açmadığını deyir. Bundan başqa o, əmisi Lom Əli Qaydukaevin artıq məlumat verməsin deyə türmədə döyülərək öldürüldüyünü də idda edib.[41]
Çoxları hesab edirlər ki, Politkovskayanın oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinin ad günündə qətl edilməsi heç də təsadüf deyil. Çeçenistanda hamı oğul Kadırovun özünü müstəqil elan etmiş İçkeriyanın lideri Aslan Masxadovun 2005-ci ildə öldürülməsini qadınlar üçün "8 mart hədiyyəsi" adlandırdığını yaxşı xatırlayır. Anna Politkovskayanın da qətlinin Ramzan Kadırovun Putinə hədiyyəsi olduğu idda edilir.[42]
Anna Politkovskayanın xatirəsinə adı verilmiş yerlər: