Aleksandr Moiseyenko (ukr. Олександр Моісеєнко , 17 may 1980, Severomorsk, Rusiya Sovet Federativ Sosialist Respublikası) Ukrayna şahmatçısı, qrosmeyster (1999).
Aleksandr Moiseyenko | |
---|---|
ukr. Олександр Моісеєнко | |
| |
Ölkə | Ukrayna |
Doğum tarixi | |
Doğum yeri | Severomorsk, Rusiya Sovet Federativ Sosialist Respublikası |
Titulu | Qrosmeyster (1999) |
Son reytinqi | 2661 (yanvar 2017) |
Maksimal reytinqi | 2726 (sentyabr 2011) |
FİDE nömrəsi | 14102560 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
2003-cü ildə İstanbulda keçirilən Avropa birinciliyində 13 oyundan 8.5 xal ilə 4-11-ci yerləri bölüşdürmüşdür və bunun hesabına Tripolidə keçiriləcək FİDE Dünya Çempionatına vəsiqə qazanmışdır. İlk raundda Dolmatov üzərində 1.5-0.5 hesabı ilə qalib gəlmiş, növbəti raundda Bologan üzərində qələbəni qeyd etmişdir. Növbəti matçda Akopiana məğlub olmuşdur.
2004-cü ildə Olimpiadada qızıl medal almış Ukrayna millisinin tərkibində çıxış edirdi.
2013-cü ildə Avropa Çempionatında birinci olmuşdur. Ümumilikdə 3 dəfə millinin tərkibində Olimpiadalarda iştirak edib.