Aleksandr Qabriel Dekan

Aleksandr Qabriel Dekan (ing. Alexandre Gabriel Decamps; 3 mart 1803, Paris - 22 avqust 1860, Fontenblo) — fransız rəssamı və qrafiki. Aleksandr Qabriel Dekan Abel de Pujolun tələbəsi olmuşdur. O, bədii sahədə ilk addımlarında qeyri-adi istedad göstərdi və tezliklə fransız məktəbində məşhur romantik mənzərə ustaları Enqr, Delaroşem və Delakrua ilə yanaşı akademizmin əsas nümayəndələrindən biri oldu. Qabriel Dekan XIX əsrdə klassikçilikdən romantizmə yönələn ilk fransız rəssamlarındandır. O satirik əsərlərini “Fiqaro” jurnalında çap etdirirdi. Rəssam olduqca məhsuldar və müxtəlif rənglər və akvarellə tarixi janr səhnələri, mənzərə və heyvan təsvirləri çəkirdi. Həmçinin şəxsi kompozisiyalarından bir çoxunu karikaturalarda siyasi hadisələr və ictimai xasiyyətlər əks etdirərək illüstrator və karikaturaçılar tərəfindən litoqrafiya üsulu ilə çap etdi. 1827-1828-ci illərdə Konstantinopol və Kiçik Asiyaya səyahət etdi. Şərqin xüsusi tərzini, işıq-kölgə effektində qarşılıqlı ötürmələri mənimsədi. Öz işlərində nadir orijinallıq, ixtiraçılıq və texniki bacarıqlarını birləşdirdi. Janrlara həyatilik, valeh edici rəng hissi və işığın gücünü verdi. Öz əsərlərində diqqət çəkici rəng, işıq və kölgə qarışıqlıqlarına dayanan texnikasına görə işləri tənqidçilər tərəfindən anlaşılmaz olaraq dəyərləndirildi. Lakin çox keçmədən qabiliyyətləriylə özünü qəbul etdirdi. Eugene Delacroix və Joseph Vernet ilə birlikdə əsrinin Fransa rəsminin ən öndə gedən adları sırasında çəkilməyə başladı. Həyatının böyük qismini Parisdə keçirdi. Heyvanlara, xüsusilə də itlərə qarşı tutqusu var idi. Tarixi janrda olan əsərləri alicənablıq konsepsiyaları və müəyyən üslubda olmarıyla fərqlənirdilər. O, sadəcə Şərq üslubunu deyil həmçinin yerli xalq tipləri və məişəti öyrənirdi. Həm də heyvanların müxtəlif cinslərini tez-tez ağıllı insan parodiyasına döndərərək təsvir etməyi sevirdi. Dekanın əsərləri öyrəşilməyən mövzu və çeşidlikdədir. Şərqdəki gəzintilərinin sayəsində Müqəddəs Kitabdakı danışılan mövzuları sözü gedən bölgələrin təbii havasıyla əks etdirən ilk Avropa rəssamlarından sayılır. Bu mövzuda olan əsərlərindən “Yusif qardaşları tərəfindən satılarkən”, “Musa Nildən çıxarılarkən” adlı tablolar ilə Samsondakı hadisələri canlı bir təsvirlə işlədiyi doqquz qara qələm çalışmasıdır. Tarixi rəsmlərinin ən məşhuru “Kimberlərin məğlubiyyəti” olduğu söylənilə bilər. Dekanın gündəlik yaşayışının mövzusu olan rəsmlər seriyası da vardır, bunlar arasında satirik baxımlı daha çox fransız və Cəzayir ev yaşamına aid olan əsərlər diqqət çəkir. İt, at və meymun kimi heyvanları çəkdiyi çox saylı tablo və rəsmlərində də oxşar satirik duyğu hiss olunur. Bütün əsərlərinin bəlkə də ən məşhuru “Meymun ustadlar”dır. Bu tabloda bilinən ölçülərin heç birinə sığışmadıqları üçün ilk işlərindən bəzilərini geri çevirən Fransız Rəsm Akademiyasının münsiflərini incədən incəyə “ələ salır”. Ona “Türk Patrulu” əsəri şöhrət qazandırdı. (1831, Nyu-York, Metropoliten muzeyi) Onun çoxsaylı janrda olan əsərləri məşhurdur : “İncəsənətə qiymət qoyanlar(1839)”, “Don-Kixot və Sanço Pansa”, “Ov itləri”, “Böyük Türk bazarı”, “Sahildə tısbağalarla oynayan bədəvilərin uşaqları”, “Türkiyə xatirəsi haqqında”, “Yoxsullar” və s. Tarixi janrda olan əsas əsərləri : “İakovun oğulları öz qardaşı İosifi satırlar”, “Samson fələstinləri döyür”, “Yeliazar və Revekka”, “Kimberlərin məğlubiyyəti” (1834. Paris, Luvr) Dekanın əsərləri əksəriyyəti şəxsi kolleksiyalarda saxlanılır. 1860-cı ildə Fontenbloda ovda olarkən atından yıxılaraq vəfat etdi.