Aleksandr Sergeyev

Aleksandr Mixayloviç Sergeyev (rus. Александр Михайлович Сергеев; 2 avqust 1955, Buturlino[d], Nijeqorod vilayəti) — sovet və Rusiya fiziki, Rusiya Elmlər Akademiyasının akademiki (2016), 26 sentyabr 2017-ci ildən Rusiya Elmlər Akademiyasının Prezidenti. 2015-ci ildən Rusiya Elmlər Akademiyasının Tətbiqi Fizika İnstitutunun direktoru. Professor.

Aleksandr Mixayloviç Sergeyev
Александр Михайлович Сергеев
Doğum tarixi 2 avqust 1955(1955-08-02) (69 yaş)
Doğum yeri
Elm sahəsi fizika
Elmi dərəcəsi fizika elmləri doktoru
Elmi adları akademik, professor
İş yeri Rusiya Elmlər Akademiyasının prezidenti
Alma-mater N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universiteti
Təhsili
Üzvlüyü
Mükafatları 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Aleksandr Nevski" ordeni "Şərəf" ordeni French Order of Academic Palms Medal "In Commemoration of the 800th Anniversary of Nizhny Novgorod"
Rusiya Federasiyasının dövlət mükafatı Rusiya Federasiyasının elm və texnika sahəsində dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fiziki plazma, femtosaniyə optikası, optik sistemlərin qeyri-xətt dinamikası və yüksək həssaslı optik ölçmə üzrə mütəxəssisdir. Hirşa indeksii — 48-dir[1].

Tərcümeyi — halı

[redaktə | mənbəni redaktə et]

Aleksandr Sergeyev 2 avqust 1955-ci ildə Qorki vilayətinin Buturlino şəhərində anadan olub. 1977-ci ildə N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin radiofizika fakültəsini bitirib.

1977-ci ildən Rusiya Elmlər Akademiyasının Tətbiqi Fizika İnstitutuda sınaq müddətinə tədqiqatçı, kiçik (1979-cu ildən) və böyük elmi işçi (1985-ci ildən) işləyib. 1982-ci ildə Aleksandr Litvakın rəhbərliyi altında "Aktiv maqnit plazmasında intensiv elektromaqnit dalğalarının qarşılıqlı təsiri və transformasiyası" adlı namizədlik dissertasiyasını müdafiə edib.

1991-ci ildə çoxtez hallar laboratoriyasının, 1994-cü ildən çoxtez hallar şöbəsinin müdiri təyin edilir. 2000-ci ildə "Çox qısa optik impulslar generasiyasında qeyri-xətti dalğa prosesləri və güclü optik sahələrin maddələrlə qarşılıqlı münasibəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

2001-ci ildə REA TFi-nin qeyri-xətti dinamika və optika bölməsinin direktoru seçilir və tətbiqi fizika institutu direktorunun müavini təyin edilir.

22 may 2003-cü ildə Rusiya Elmlər Akademiyasının nüvə fizikası bölməsi (ümumi fizika və astronomiya seksiyası) üzrə müxbir üzvü seçilir.

2012-ci ildə TFİ-nin bölmə müdirliyi vəzifəsindən azad olunaraq institut direktorunun elmi işlər üzrə birinci müavini təyin edilir.

2013-cü ildə A. Sergeyev Rusiyanın " Rusiya elmlər akademiyası, dövlət elmlər akademiyalarının yenidən təşkli və Rusiya Federasiyasının bəzi qanun aktlarına düzəliş edilməsi barədə" qanunnuna əsasən təşkil edilən yeni "REA"-ya daxil olmaqdan imtina edir 305828–6[2] (bax 1 iyul klubu).

2015-ci ildə REA TFİ-nin direktoru seçilir, əvvəlki direktor Aleksandr Litvak institutun elmi rəhbəri təyin edilir. A. Sergeyevin rəhbərliyi ilə institut federal tədqiqat mərkəzinə çevrilir və в 2016-cı ildə mərkəz özünə filial kimi REA Mikrostruktur İnstitutunuREA Maşınqayırma Problemləri İnstitutunu birləşdirir.

28 oktyabr 2016-cı ildə REA fizika elmləri bölməsi üzrə REA həqiqi üzvü seçilir[3].

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
А. М. Sergeyev 2009-cu ildə

А. М. Sergeyev lazer fizikası, femtosaniyə lazer optikası, plazma fizikasıbiofotonika sahələrində aparıcı Rsiya mütəxəssislərindən biridir.

1990-cı illərdə REA TFİ-də femtosaniyə müddətli lazer mənbələrinin yaradılması üçün fəaliyyət təşkil etdi. Onun rəhbərliyi altında işığın parametrik gücləndirilməsi əsaslı lazerlər yaradıldı. Onun gücü həmin dövr üçün rekord səviyyəyə, yüzlələrlə teravatta bərabər idi. Kompleksə gücü teravatta bərabər titan-sapfir lazer, həmçinin çox kiçik impulslu lif-optik femtosaniyə lazerllər daxil idi.

А. Sergeyev tərəfindən yeni dissipativ optik soliton nəzəriyyəsi əsasında femtosaniyə lazerlərinin işinin təsvir edilməsi metodu işlənib hazırlanıb.

Aleksandr Sergeyev fəal surətdə maddəli çox güclü qısa impulslu mənbələrin qeyri-xətli qarşlıqlı şüalanması proseslərinin nəzəri modellərini işləyib hazırlayıb. Onun tərəfindən qetri-xəttiliyin ionlaşması əsasında özükanallaşmanın səmərəsi kimi proseslərdə yeni qeyri-xətti-dalğalı effektlər öyrənilib. A. M. Sergeyev atomların femtosaniyəli impulslarla ionlaşdırılmasında koqorent impulsların generasiyası konsepsiyası işlənib hazırlanıb. Onun rəhbərliyi altında ionların lazer sürətləndirilməsi və yüksək petavatt güclü lazer sistemləri əsasında rentgen şüalanmasının generasiyası proseslərinin bir sıra nəzəri təqiqi işləri aparılıb.

2010-cu illərdə Sergeyev Rusiyada yüz petavatt gücündə impulsların generasiyasını həyata keçirən dünyada ən güclü XCELS lazerinin yaradılmasını təklif edib. Bu layihə Rusiya hökuməti tərəfindən 2010–2020-ci illərdə 6 megascience layihələri siyahısına salınıb.

Güclü lazer dalğaları mənbələrindən başqa Aleksandr Sergeyev həmçinin bioparçalar üçün optik tomoqrafiya alətlərinin yaradılması və tətbiqi üzrə atom fizikası alimləri və tibb işçilərinin birgə işinə rəhbərlik edib. Bu işlər özündə optik koqerent tomoqrafiya, optik diffuz tomoqrafiya, diffuz fluorestsent tomoqrafiya, ultramikroskopiya kimi istiqamətləri birləşdirirdi. İsbat edildi ki, bu tətdiqatların əldə etdiyi vizuallar metodlar onkoloji xəstəliklərin diaqnostikasını aparmağa imkan verir.

Təşkilati işləri və pedaqoji fəaliyyət

[redaktə | mənbəni redaktə et]

Aleksandr Sergeyev qravitasiya dalağalarının dedektirləşdirilməsi observatoriyasının quruluması LIGO, inersial termonüvə sintezi HiPER üçün reaktor prototopi layihəsinin, ELİ (Extreme Light Infrastructure) ekstremal vəziyyətində çoxgüclü lazer mənbələrinin yaradılması və maddələrin tətqiqi layihələrinin həyata keçirilməsində iştirak edib.

Federal elmi təşkilatlar agentliyi Elmi-koordinasia şurasının və Rusiya fundamental tədqiqatlar fondu Şurasının üzvüdür. Rusiyanı çoxgüclü lazerlər üzrə Beynəlxalq Komitədə ICUIL təmsil edir, onun sədr müavinidir. IUPAP-ın atom, molekulyar və optik fizika üzrə komissiyasının üzvüdür.

Rusiyanın "Успехи физических наук" və "Известия вузов. Радиофизика" elmi jurnallarının redaksiya kollegiyalarının üzvüdür. Bir çox illər optika, lazer fizikası və biofotonika üzrə ICONO, Photonics West, Topical Problems of Biophotonics kimi beynəlxalq elmi konfransların təşkilat komitəsinin üzvü olub.

Fəaliyyəti dövründə Aleksandr Sergeyev Rusiyada "Femtosaniyə optikası, optik sistemlərin qeyri-xətti dinamikası və yüksək həssaslı optik ölçülər" elmi məktəbini yaradıb. Bura 40 alim, o cümlədən 7 elmlər doktoru və 19 fəlsəfə doktoru daxildir.

Ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğuldur, 1991-ci ildən N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin professorudur.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüş. 28 sentyabr 2017-ci il

2017-ci ilin may ayında REA fiziki elmlər bölməsi A. Sergeyevi REA prezidenti vəzifəsinə namizəd irəli sürdü[4]. Onunla birlikdə bu vəzifəyə RF hökuməti ilə razılaşdırılaraq daha dörd nəfər namizəd irəli sürüldü[5]. Rusiya Elmlər Akademiyasının 26 sentyabr 2017-ci il tarixli ümümu iclasında prezident seçkilərinin birinci turunda o səsə sayına görə birinci yerə çıxdı (1596 səsdən 681-ni aldı, bununla o 276 səslə ikinci yerdə olan Robert Niqmatulini dörd dəfə üstələdi)[6]. İkinci turda o liderliyi ələ aldı (A. Sergeyev 1045 səs, R. Niqmatulin 412 səs) və Rusiya Elmər Akademiyasının Prezidenti seçildi[7]. 27 sentyabrda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin öz fərmanı ilə onu beş il müddətinə seçildiyi vəzifəyə təsdiq etdi[8].

РИА Novosti agentliyinə müsahibəsində Sergeyev ilk addımlarından biri kimi REA statusu barədə federal qanuna dəyişikliklər barədə təkliflərin hazırlanmsını hesab etdi"[9].

Həyat yoldaşı — Çernobrovsova Marina Dmitriyevna, REA TFİ elmi işçisi.

Oğlu Mixail N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin elmi işçisi; qızı Yekaterina REA Fizika Problemləri İnstitutunun elmi işçisi.

  • А. В. Ким, М. Ю. Рябикин, А. М. Сергеев. От фемтосекундных к аттосекундным импульсам.УФН, 1999.
  • А. А. Бабин, А. М. Киселев, К. И. Правденко, А. М. Сергеев, А. Н. Степанов, Е. А. Хазанов. Экспериментальное исследование воздействия субтераваттного фемтосекундного лазерного излучения на прозрачные диэлектрики при аксиконной фокусировке.УФН, 1999.
  • Е. А. Хазанов, А. М. Сергеев.Петаваттные лазеры на основе оптических параметрических усилителей: состояние и перспективы.УФН, 2008.
  • А. В. Коржиманов, А. А. Гоносков, Е. А. Хазанов, А. М. Сергеев. UFN,2009.
  1. "Список российских учёных, имеющих индекс цитирования > 1000". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.
  2. "Заявляем об отказе вступить в новую «РАН»". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-29.
  3. Победители выборов РАН. Академики Arxivləşdirilib 2017-11-01 at the Wayback Machine // Индикатор
  4. "Александр Сергеев выдвинут на пост президента РАН". Московский комсомолец (Нижний Новгород). 2017-05-17. 2017-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-27.
  5. "Кабмин согласовал пять кандидатур на пост президента РАН". ТАСС. 2017-08-31. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-31.
  6. "Академики Sergeyev və Niqmatulin REA Prezidenti seçkilərində ikinci tura çıxdılarН". ТАСС. 2017-09-26. 2017-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.
  7. "Физик Александр Сергеев избран главой РАН". Интерфакс. 2017-09-26. 2017-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.
  8. "Александр Сергеев утвержден президентом Российской академии наук". Kremlin.ru. 2017-09-27. 2017-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-27.
  9. А. Урманцева. "Александр Сергеев рассказал о первых шагах на посту президента РАН". РИА Новости. 2017-09-26. 2017-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.