Aleksandr Sobolyev (rus. Алекса́ндр Со́болев , 7 mart 1997[1], Barnaul) — Rusiyalı futbolçu, Moskvanın "Spartak" və Rusiya yığmasının hücumçusu.[2]
Aleksandr Sobolyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 7 mart 1997[1] (27 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 1,95 m |
Çəkisi | 86 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Barnaulun "Dinamo" klubunun yetirməsidir.[3]
Futbolçu karyerasına doğulduğu Barnaul şəhərinin "Dinamo" klubunda başlayıb. "Dinamo"nun ikinci komandasının heyətində 2015-ci ildə, Rusiya çempionatının 3-cü dvizionun oyunlarında çıxış edib.[4]
2016/17 mövsümündən əvvəl "Tom" futbol klubuna keçir. Futbolçu "Tom" klububundada gənclər komandasında çıxış edir. Futbolçunun "Tom" klubunun gənclər komandasında debütu, 31 iyul 2016-cı il tarixində "Krasnodar" ya qarşı gənclər birinciliyinin 1-ci turu çərçivəsində qarşılaşmada baş tutur.[5] Futbolçunun "Tom" klubunun əsas heyətində Rusiya Premyer Liqasında debütu isə, 5 dekabr 2016-cı ildə "Ufa" komandası ilə oyunda baş tutur.[6] "Tom"un heyətində futbolçu 37 oyunda 9 qol vurur.
29 dekabr 2017-ci ildə futbolçu Rusiya çempionatının aşağı liqasında yarışan Samaranın "Krılya Sovetov" klubu ilə müqavilə bağlayır.[7] "Krılya Sovetov" klubunun heyətində 4 mart 2018-ci ildə Dinamo Sankt-Peterburq ilə oyuna debüt edir.[8] Futbolçu Samara klubunun heyətində 42 oyunda meydana çıxaraq 19 qol vurur.
2 fevral 2019-cu il tarixində "Yenisey" klubu futbolçunu 2018/19 mövsümünün sonuna qədər icarəyə göturur.[9] "Yenisey" klubunun heyətində meydana çıxdığı 10 göruşdə 3 qol vurur.
29 yanvar 2020-ci il tarixində Moskvanın "Spartak" klubu, futbolçunu sonradan almaq şərti ilə 6 aylıq icarəyə göturur.[10][11] Moskva klubu futbolçunun icarəsi üçun 500 min avro, tam hüquqlu transferinə görə isə 4 500 000 avro ödəyir.[12]