Aleksandr Tumanov (rus. Александр Туманов; 11 yanvar 1912, Göyçay, Bakı quberniyası, Rusiya İmperiyası — 29 noyabr, 1984, Kiyev, Ukrayna SSR, SSRİ) — sovet sənaye xadimi, "Ukrqazprom" ümumittifaq sənaye birliyinin rəisi, Sosialist Əməyi Qəhrəmanı (1981).
Aleksandr Tumanov | |
---|---|
rus. Александр Туманов | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Kiyev, Ukrayna SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Təhsili | Azərbaycan Sənaye Universiteti |
Mükafatları |
|
Aleksandr Tumanov 1912-ci il yanvarın 11-də[1] Göyçayda anadan olub. 1941-ci ildə Azərbaycan Sənaye Universitetini bitirib. İkinci Dünya müharibəsi dövründə və ondan sonra "Saxalinneft" trestində çalışıb.
1950-ci ildə Neft sənayesi Akademiyasını bitirib, sonra isə bir müddət SSRİ Neft sənayesi nazirliyi aparatında çalışıb. 1951–1957-ci illərdə "Ukrqaz" Birliyinin (Lvov) baş mühəndisi olub.
1957-ci ildə isə Xarkov xalq təsərrüfatı şurasının Qaz və neft sənayesi idarəsinə rəhbərlik edib.
1960–1965-ci illərdə Ukrayna xalq təsərrüfatı şurasının Qaz və neft sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.
1966-cı ildə Tumanovun təşəbbüsü ilə "Ukrqazprom" ixtisaslaşmış istehsalat idarəsi (sonralar birlik) yaradılıb və o, ömrünün sonunadək həmin quruma rəhbərlik edib.
Aleksandr Tumanov 1984-cü il noyabrın 29-da vəfat edib. O, Kiyevin Baykovo qəbiristanlığında dəfn olunub.[2]