Aleksandra sədəflisi

Aleksandra sədəflisi (lat. Argynnis alexandra) — Pulcuqluqanadlılar dəstəsinə, Nimfalidlər fəsiləsinə aid növ.,

Aleksandra sədəflisi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Aleksandra sədəflisi
Beynəlxalq elmi adı
  • Speyeria alexandra

Qanadları açılmış halda erkəklər 45 mm, dişilər isə 55 mm-dir. Qanadların üst tərəfi kərpici — qırmızı rəngdə olub, üzərində çoxlu sayda kiçik ləkələr vardır. Arxa qanadların alt səthi yaşıla çalan sədəf rəngli olub, üzərində gümüşü ləkələr vardır. Bu ləkələr qanadın əsasına doğru cəmlənmişdir.[1]

Talış meşələri.

Kol və ayıdöşəyi pöhrəliklərində, meşə talalarında və kənarlarında, yollar və cığırlar boyunda. Kəpənəklər mayın axırında iyulun ortalarına qədər uçur. Tırtıllar iyul – avqustda yerli bənövşənin- Viola caspia Kupff, yarpaqları ilə qidalanır. Puplar qışlayır. İldə bir nəsil verir. Tırtıllar və puplar Chalcidae fəsiləsindən olan parazitoid zarqanadlılar üçün sahib hesab edilir.[2]

Azsaylı növdür. R. Əffəndi tərəfindən Talış meşələrində 7 kəpənəyi, 1984-cü ildə B. Luxtanova tərəfindən 2 kəpənək, 2004-cü ildə İ. Plyuş tərəfindən 2 kəpənəyi qeydə alınmışdır.

Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.[3]

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Kəpəyin biologiyası ətraflı öyrənilməlidir. Yaşayış yerlərinə müntəzəm monitorinqlər təşkilı edilməlidir. Kəpənəklərin tutulmasının qadağan edilməsi.

  1. Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013.
  2. Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л., изд-во АН СССР, 1958, с. 351–475;
  3. Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1–2, 1972, с. 136–154, 352–368.
  • Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013.
  • Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л., изд-во АН СССР, 1958, с. 351–475;
  • Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.;
  • Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1–2, 1972, с. 136–154, 352–368.