Aleksandrovka (Potsdam)

Rus koloniyası Aleksandrovka (alm. Russische Kolonie Alexandrowka‎) — Almaniyanın Potsdam şəhərinin şimalında yerləşən və 1826-1827-ci illər arasında Prusiya kralı III Fridrix Vilhelmin tapşırığı ilə sonuncu rus əsqər xorunun on iki musiqiçisi üçün inşa olunmuş kiçik qəsəbə. Potsdamdakı bu koloniyanın adı Hohentsollern və Romanov sülalələri arasında qohumluq və dostluq əlaməti olaraq 1 dekabr 1825-ci ildə vəfat etmiş Rusiya imperatoru I Aleksandrın şərəfinə adlandırılmışdır. 1999-cu ildə Aleksandrovka Potsdamın qəsr və saray-bağ kompleksləri ilə birlikdə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.

Aleksandrovka
alm. Russische Kolonie Alexandrowka
Xəritə
52°24′38″ şm. e. 13°03′24″ ş. u.HGYO
Ölkə  Almaniya
Şəhər Potsdam
Yerləşir Potsdam
Sifarişçi III Fridrix Vilhelm
Tikilmə tarixi 1826—1827
Üslubu Rus memarlığı
Vəziyyəti stabil
TipiMədəni
Kriteriyai,ii,iv
Təyin edilib1990
İstinad nöm.532
DövlətAlmaniya
RegionAvropa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Aleksandrovkanın xəritəsi. Müəllif - Peter Yozef Lenne (1826).

1806-cı ildə Prusiya-Sakson qoşunları Yena və Auerştadt döyüşündə Napoleon ordusu tərəfindən məğlub edilmişdir. Napoleon 1812-ci ildə məğlub olmuş almanlara Rusiyaya qarşı Fransa ilə ittifaq qurmağı məcbur etmişdir. Fransızlar tərəfindən əsir düşən mindən çox rus əsgərlərindən 62-si 1812-ci ilin oktyabr ayında Potsdam şəhərində köçürlər. Rus əsqərləri xorçu qismində formal olaraq birinci Prusiya Keşikçi Korpusunun sıralarına daxil olmuşdular. 30 dekabr 1812-ci ildə Tauroggendə (indiki Tauragedə) qarşılıqlı bitərəflik haqqında saziş bağlanandan sonra, Prussiya və Rusiya 1813-cü ilin yazında Fransaya qarşı mübarizədə birləşmiş və Prusiya kralının tapşırığı ilə əsir rus əsgərlərindən ayrıca alay yaradılmışdır. Prusiya fərariləri və Rusiya məhbusları birgə əmr altında Napoleona qarşı mübarizə qalxdılar. Rus məhkumlarından yaradılmış Potsdam xorçuları hərbi düşərgəsdə kralı əyləndirirdilər. 1815-ci ildə təqaüdə çıxmış ifaçıların yerinə Rusiya Qrenadyor alayından yeni üzvlər qəbul edilmişdir: İmperator I Aleksandr nəinki rus xorçuların Prusiyada qalmalarına icazə verir, o həm də Prusiya kralını qorumaq məqsədilə yeddi qrenadyorla təmin edir.

İmperator I Aleksandr 1825-ci ildə vəfat etdikdən sonra, Potsdam şəhərində daha 12 rus xor ifaçısı sağ qalmışdı. 10 Aprel 1826-cı ildə kral III Fridrix Vilhelm Rusiya imperatoru ilə birləşdirilən dostluq bağlarının uzunmüddətli xatirəsini qoruyub saxlamaq və rus xorçularını evlə təmin etmək məqsədilə, Potsdam yaxınlığında koloniyanın yaradılması və oranın adını Aleksandrovka qoyulması barədə sərəncam imzalayır. 1827-ci ildə rus köçkünləri mebellə tam təchiz edilmiş yeni evlərə köçürlər. Aleksandrovkada onlar üçün hətta geniş bağlar salınmış və hər bir ailəyə bir inək verilmişdir. Kolonistlərə yeni torpaqları öz başına idarə etmək icazə verilməməsinə baxmayaraq, onlar bu torpaqları öz oğullarına vəsiyyət edə bilərdilər.

Yaxınlıqda yerləşən Kapellenberq dağında pravoslav sakinləri üçün Aleksandr Nevski kilsəsi inşa edilmişdir; onun təqdis olunma mərasimi 1829-cu ildə həyata keçirilmişdir. Kilsənin yanında 14 nömrəli ev yerləşir. Burada əslən rus olan kral lakeyi Tarnovski yaşayırdı.

İfaçıların sonuncusu 1891-ci ildə vəfat etdi. 1927-ci ildə, rus koloniyasının yaradılmasından yüz il sonra burada rus əsgərlərinin birbaşa nəslindən yalnız dörd ailə yaşayırdısa, Almaniya ərazilərində keçirilən torpaq islahatından sonra onların sayı ikiyə endi. Hazırda Aleksandrovkada yalnız Qriqoryev ailəsi yaşayır. Hohentsollerlərin əmlakının 1926-cı ildə milliləşdirilməsindən öncə, koloniya Prusiya kral evinin şəxsi mülkiyyətində idi və daha sonra ilk qvardiya polkunun idarəsinə keçmişdir. 1919-cu ildə Alay buraxıldıqdan sonra, qəsəbənin saxlanılması yenidən Hohentsollernlərə həvalə olunmuşdur. 1945-ci ilə qədər Aleksandrovka sakinlərinin hələ kral tərəfindən müəyyən edilmiş hüquq və öhdəlikləri qüvvədə qalırdı. Koloniya və onun sakinlərinin hüquqi statusunun köklü dəyişikliyi yalnız sovet qoşunları tərəfindən Almaniyanın işğalından sonra və ADR-ın mövcudluğu zamanı baş vermişdir. 1990-cı ildə Almaniyanın birləşməsindən sonra, evlərin əksəriyyəti özəl mülkiyyətə keçmişdi.

Vasili Stasovun layihəsi əsasında inşa olunan Aleksandr-Nevski kilsəsi neorus memarlıq üslubunun ən erkən nümunələrindən biri sayılır.

İki tamamilə müxtəlif layihələrdən imtina edən bağ direktoru Peter Yozef Lenne öz qrafik rəsmlərində gələcək Aleksandrovka qəsəbəsinə daxilində müqəddəs Andrey xaçı ilə kəsişən və mərkzində qəsəbə başçısının evi yerləşəcək ippodrom forması vermişdi. Bu layihə bağban Yohann Georq Morşun nəzarəti altında həyata keçirilmişdi.

Bu layihə Rusiyanın ən tanınmış memarlarından biri, italyan mənşəli Karlo Rossinin hazırladğı modellərinin Prusiya interpretasiyasını özündə əks etdirir. 1815-ci ildə Rossi İmperatriça Maria Feodorovna üçün Pavlovsk parkında "tipik rus" kəndi layihəsi üzərində çalışmış və 1818-ci ildə Prusiya kralının Rusiyaya səfəri zamanı ona kəndin eskiz planlarını vermişdir. Bütün Prusiya qvardiya alaylarından olan hərbi ustalar faxverk struktura malik, lakin eksteryeri ənənəvi rus kənd evlərinə bənzəyəcək binaları tikməyə başladılar. Qəsəbədə bir və iki mərtəbəli həyətləri olan sakinlərin evləri, bağçası olmayan iki mərtəbəli qəsəbə başçısının evi və üç mərtəbəli çayxana evi inşa edilmişdi.

Rus ənənələrində evlərin damları samanla örtülür, lakin Prusiya variantında onlar taxta lambrinlə hazırlanmışdı və XIX əsrin sonunda şifer ilə əvəz edilmişdir. Hər bir malikanə veranda və kiçik tövlə ilə əhatə olunan yaşayış evlərindən ibarət idi.

2005-ci ildə ev № 2-də qəsəbənin tarixinə və memarlığına həsr olunmuş muzey açılmışdı.

  • Bettina Altendorf: Die russischen Sänger des Königs und die Kolonie Alexandrowka in Potsdam. Hendrik Bäßler, Berlin 2004. ISBN 3-930388-33-2
  • Wolfgang Fabian: Potsdam. Die Stadt, die Könige und ihre Bewohner. Vision Verlag, Berlin 1997. ISBN 3-92-8787-15-2
  • Anja Hecker: Glasowo bei Pawlowsk, Carlo Rossis Projekt eines russischen Parkdorfes — Vorbild für die Alexandrowka in Potsdam?. Technische Univiversität, Berlin 2003. ISBN 3-7983-1937-5
  • Anja Hecker / Andreas Kalesse: Die russische Kolonie Alexandrowka in Potsdam: Zum Forschungsstand. In: Jahrbuch für brandenburgische Landesgeschichte #54. Potsdam 2003. als PDF Arxivləşdirilib 2005-10-29 at the Wayback Machine
  • Hermann Kremer (Hrsg.): Kolonie Alexandrowka. ISBN 3-9809706-1-2
  • Hermann Kremer (Hrsg.): Museum Alexandrowka. ISBN 3-9809706-0-4
  • Waltraud Volk: Potsdam. Historische Straßen und Plätze heute. Verlag für Bauwesen, Berlin-München 1993. ISBN 3-345-00488-7
  • Th. Sander: Abgebrannt. Zwischen Rock und Stiefeln — Die Malaise des Johann Schischkoff. 2009

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]