Aleksandru Averesku

Aleksandru Averesku (rum. Alexandru Averescu; 9 (21) mart 18592 oktyabr 1938[1], Buxarest[2]) — Rumıniya hərbçisi, dövlət və siyasi xadimi. Rumıniya marşalı (1930). Üç dəfə (1918, 1920–1921 və 1926–1927) ölkənin baş naziri olmuşdur.

Aleksandru Averesku
rum. Alexandru Averescu
Şəxsi məlumatlar
Doğum tarixi 9 (21) mart 1859
Vəfat tarixi 2 oktyabr 1938(1938-10-02)[1] (79 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Rumıniya Quru Qoşunları[d]
Xidmət illəri 1876-cı ildən
Rütbəsi general-feldmarşal
Döyüşlər
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni Order of the Iron Crown Cəsur Mixay ordeni Order of Ferdinand I "Ağ qartal" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1907–1909-cu illərdə Rumıniyanın hərb naziri olmuşdur. Bu vəzifədə o, 1907-ci ildə üsyankar kəndlilərə qarşı repressiyalarla fərqlənmişdir. 1911-ci ildə Rumıniya Baş Qərargahının rəisi təyin edilmişdir. Birinci Dünya müharibəsi illərində Averesku orduya komandanlıq etmişdir. Müharibədən sonrakı illərdə o, siyasi fəaliyyətə keçmiş, 1918-ci ildə Xalq Liqasını yaratmışdır. 1919-cu ildə Averesku daxili işlər naziri, 1920-ci ildə isə baş nazir təyin edilmişdir. Onun hökuməti 1920-ci ildə Rumıniyada oktyabrda keçirilən ümumi tətili darmadağın etmiş, fəhlə və kəndli hərəkatına qarşı bir sıra qanunlar qəbul etmişdir. 1920-ci ildə Averesku Xalq Liqasını Xalq Partiyasına çevirmişdir. 1926–1927-ci illərdə ikinci baş nazirliyi dövründə Averesku Rumıniya ilə Almaniyaİtaliya arasında sıx əməkdaşlığı müdafiə etmişdir.[3]

  • Виноградов В. Н. Румыния в годы первой мировой войны. — М., 1969.
  • Очерки политической истории Румынии (1859—1944). — Киш., 1985.
  • Филипенко А. А. Александру Авереску — румынский маршал из села Озёрное. // Юго-запад. — Одессика. — Вып. 4. — С. 240—256.
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Deutsche Nationalbibliothek Record #119475065 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Энциклопедический словарь. 2009. АВЕРЕСКУ Александр.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]