İkinci Balkan müharibəsi

İkinci Balkan müharibəsi (RumıncaAl doilea război balcanicSerbcəДруги балкански рат, Drugi balkanski rat, YunancaΔεύτερος Βαλκανικός Πόλεμος, Devteros Valkanikós Pólemos, BolqarcaМеждусъюзническата война, Mezhdusayuznicheskata voyna) I Balkan müharibəsinə qatılan dövlətlərin, Yunanıstan, Bolqarıstan, Monteneqro, Albaniya, Serbiya, Osmanlı imperatorluğu və sonradan qatılan Rumıniyanın arasında baş verən müharibədir. Bu müharibə nəticəsində, Osmanlı İmperiyası əvvəl itirdiyi ƏdirnəKırklarelini azad etmişdir. London konfransının hökmləri qismən dəyişmişdir.

Balkanlarda hökmranlığa çalışan Avstriya-MacarıstanAlmaniya tərəfindən təhrik edilən Bolqarıstan 1913-cü ildə Serbiya və Yunanıstana qarşı qoşun çıxartdı. Çernoqoriya və Rumıniya Serbiyanın və Yunanıstanın köməyinə gəldilər. Osmanlı imperiyası da Bolqarıstana qarşı çıxdı. 1913-cü il 30 iyunda başlanan İkinci Balkan müharibəsi həmin il 19 avqustadək davam etdi. Bolqarıstan ağır məğlubiyyətə uğradıldı. Yaranmış fürsətdən "Gənc türklər" istifadə edərək Ədirnəni və ətrafdakı yerləri Türkiyəyə qaytardılar. Osmanlı dövləti Avropa torpaqlarının bir hissəsini itirmiş oldu.

Yeni tarix. X sinif üçün dərslik. Bakı, 2002.