Aleksey Yureviç Avdeyev (17 may 1967, Daşkənd) — Rusiya Federasiyası hərbi xadimi. 2019-cu ildən Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant (2016).
Aleksey Avdeyev | |
---|---|
Aleksey Yuryeviç Avdeyev | |
Şəxsi məlumatlar | |
Digər adı | rus. Алексей Юрьевич Авдеев |
Doğum tarixi | 17 may 1967 (57 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | rus |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya |
Qoşun növü | Rusiya Federasiyası Motoatıcı Qoşunları |
Xidmət illəri | 1984-cü ildən |
Rütbəsi | general-leytenant |
Döyüşlər | İkinci çeçen müharibəsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1967-ci il mayın 17-də Daşkənddə anadan olmuşdur. 1984-cü ildə Sverdlovsk Suvorov hərbi məktəbini bitirmişdir. 1988-ci ildə V.I.Lenin adına Qırmızı Ulduzlu Daşkənd Ali Ümumqoşun Komandanlıq məktəbindən müdavim olmuşdur.
Hərbi məktəbi bitirdikdən sonra, 1988-1996-cı illərdə Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif komandir vəzifələrində xidmət etmişdir.
1999-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını bitirmişdir. 2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında təhsil almışdır.
Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirdikdən sonra motoatıcı diviziyanın komandiri (Sibir Hərbi Dairəsi) təyin edilmişdir.
2010-cu ilin ortalarında təşkilatlanma və səfərbərlik şöbəsinin müdiri - Sibir Hərbi Dairəsinin təşkilati və səfərbərlik işləri üzrə qərargah rəisinin müavini (Novosibirsk) təyin olunmuşdu. 2011-ci il yanvarın 9-da Rusiya prezidentinin fərmanı ilə 41-ci Ümumqoşun ordusu (Novosibirsk, Mərkəzi Hərbi Dairə) komandanının müavini təyin edilmışdir.[1]
2012-ci ildə Rusiya prezidentinin fərmanı ilə Qırmızı Bayraqlı 6-cı Ümumqoşun Ordusunun (Sankt-Peterburq, Qərb Hərbi Dairəsi) komandanının birinci müavininin baş qərargah rəisi təyin olunmuşdir.[2]
Aleksey Avdeyevə general-mayor hərbi rütbəsi Rusiya Prezidentinin 13 dekabr 2012-ci il tarixli 1641 nömrəli fərmanı ilə verilmişdir.[3]
2014-cü ilin iyulundan 2017-ci ilin aprelinədək - 29-cu Ümumqoşun Ordusunun komandanı olmuşdur.[4] Avdeyevə General-leytenant hərbi rütbəsi Rusiya Prezidentinin 11 iyun 2016-cı il tarixli 276 nömrəli fərmanı ilə verilmişdir.[5] 2017-ci ilin aprelindən 2018-ci ilin aprelinədək - Qərb Hərbi Dairəsinin Qırmızı Bayraqlı 1-ci Qvardiya Tank Ordusunun komandanı olmuşdur.[6]
2018-ci ilin aprelindən 2019-cu ilədək - Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasının rəhbəri vəzifəsini yerinə yetirmişdir.[7] 2019-cu ildən - Cənub Hərbi Dairəsi komandanının müavini təyin edilmişdir.[8]
Şimali Qafqazda döyüş əməliyyatlarının iştirakçısı olmuşdur.