Aleksey Koşelev

Koşelev Aleksey Timofeyeviç — texnika elmləri doktoru, professor

Aleksey Koşelev
Koşelev Aleksey Timofeyeviç
Doğum tarixi
Doğum yeri Kürdəmir, Azərbaycan SSR
Elmi dərəcəsi texnika elmləri doktoru

Koşelev Aleksey Timofeyeviç 1937-ci ildə Azərbaycan SSR-nın Kürdəmir şəhərində anadan olmuşdur. 1961-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1959–1971-ci illərdə "Azneft" İB-də fəhlədən sex rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1971-ci ildə AzNKİ-nun aspirantı olub. 1971–1986-cı illərdə Ümumittifaq quyuların bərkidilməsi və qazıma məhlulları elmi-tədqiqat institutunda (Krasnodar ş.) sektor, laboratoriya, şöbə rəhbəri işləmişdir. 1974-cü ildə "Neft və qaz quyularının təkrar sementlənməsi texnologiyasının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986–1988-ci illərdə SurqutneftETLİ-də, 1988–1993-cü illərdə isə SibNSETİ-də direktor müavini, Dövlət Ekspert Komissiyasının (DEK) sədri, Tyümen neftqaz universitetinin qazıma kafedrasının professoru vəzifələrində çalışmışdır. 1993-cü ildə "Quyuların bərkidilməsinin iş qabiliyyətinin artırılması üsullarının elmi cəhətdən əsaslandırılması, işlənilməsi və tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1993–2004-cü illərdə "Rosneft-Termneft" MAC EİB (Krasnodar ş.) baş direktor müavini işləmişdir. 2005-ci ildən bu günə qədər OAO "Rosneft-Krasnodarnefteqaz EK"da elmi-texniki məsələlər üzrə baş direktorun məsləhətçisidir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Koşelev A. T. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.

Elmi tədqiqatların sahəsi: quyuların qazılması və istismarı zamanı təmir təcrid işləri sahəsində tədqiqatlar.

O, 200-dən artıq elmi məqalənin, həmçinin bir sıra sahəvi və regional rəhbər sənədlərin müəllifidir. Koşelev A. T. "SSRİ neft və qaz sənayesinin əməkdar işçisi" adına layiq görülmüşdür.