Bu məqalə Kürdəmir şəhəri haqqındadır. Kürdəmir rayonu üçün Kürdəmir rayonu səhifəsinə baxın. |
Kürdəmir — Azərbaycanda şəhər, Kürdəmir rayonunun inzibati mərkəzi; Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon tabeli şəhər statusu açıqlamışdı.[1] Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 118,8 min nəfərdir (01.01.2021). Mərkəzi Kürdəmir şəhəridir.
Şəhər | |
Kürdəmir | |
---|---|
40°20′18″ şm. e. 48°09′39″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Kürdəmir rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 8 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 22 540 (2019) nəfər |
Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır.
1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov. İKP MK-nın plenumunun qərarına əsasən yei sistem ləğv edilərək köhnə struktur bərpa edilmiş və Kürdəmir-Ağsu rayonunları ayrılmış, hər biri müstəqil rayon partiya komitəsi kimi yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il 06 oktyabr ayında Kürdəmirə tarixi səfər etmiş, bu zaman Kürdəmir şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2008-ci il sentyabr ayının 24-də Kürdəmir şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimini keçirmişdir. Prezident Kürdəmirə səfəri zamanı rayonun bütün ziyalıları, ağsaqqalları ilə görüşmüş, öz tövsiyələrini vermişdir[2]
Kürdəmir oykonimi mürəkkəb söz olmaqla iki sözün birləşməsindən əmələ gəlmişdir. Zaqatala rayonunun inzibati ərazi vahidliyində də Kürdəmir adlı kənd mövcuddur. Həmin kənd də Zaqatalanın düzənlik ərazisində yerləşir. Kürdəmir adının Zaqatala rayonuna "gətirilmə" olduğu güman edilir. Zaqatala rayonunun etnik tərkibcə çoxmillətli olmasına baxmayaraq həmin kənddə də bir nəfər də olsun kürd millətindən olan şəxs yaşamır.
Sara Aşurbəyliyə görə bu ad kürdlərlə bağlıdır.[3]
1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində də Kürdəmir adlı kənd qeydə alınmışdır.[4]
Oykonimin birinci hissəsindəki Kür sözünün çay adı ifadə etdiyi bir çox antik və orta əsr müəlliflərinin əsərlərində də məlumat verilmişdir. Qədim yunan, latın, ərəb, fars, türk, erməni və gürcü mənbələrində də Kor, Kur, Kir, Kiri, əl – Kurr, Mtkuari və sair kimi adlar sadalanır. Tədqiqatçıların fikrincə "su", "çay" mənası verən Kür sözü yerli alban (Qafqaz) tayfalarının birinin dilindən götürülmüşdür. Azərbaycanda yaşayan qrızların və buduqların dillərində indi də kur sözü "su, çay" mənasında işlədilir. Türk dillərində isə bu sözün "sürətli, inadkar, güclü" mənaları vardır. Kitabi-Dədə Qorqud dastanlarındakı "Kür qopdu, ərcil qopdu" ifadəsində də kür eyni mənada işlənmişdir.[4]
Kürdəmirlə bağlı araşdırmalar aparılarkən məlum olmuşdur ki, Kürdəmir 1747-ci ildə Nadir şahın Azərbaycanda ölümündən sonra yaranan Şirvan xanlığının tərkibində olan Bölükət mahalının kəndlərindən biri olmuşdur. Şirvan xanlığı 1821-ci ildə 17 mahaldan ibarət idi. Bölükət isə ən böyük mahallardan biri olmaqla müasir Ağsu və Kürdəmir rayonlarının xeyli hissəsini əhatə etmişdir. Bu mahalda oturaq kəndlər maldar obalardan daha çox idi. Kəndlilər taxılçılıq, bağçılıq, baramaçılıqla məşğul olurdu.
Kürdəmir 1821-ci ildə Bölükət mahalına daxil olan 10 kənddən biri olmuşdur. O zaman Kürdəmirdə 108 ailə yaşayırdı. Bu ailələrin əksəriyyəti rəiyyət idi. Kürdəmir kəndi 1801–1825-ci illərdə Mustafa xanın həyat yoldaşı Fatma bəyimə məxsus olmuşdur.[5]
XIX əsr mənbələrində isə Kürdəmir kəndinin Bakı – Tiflis dəmiryolundan təxminən 4 km şimal istiqamətdə yerləşdiyi qeyd edilir. Bu ərazi indiki Şıxımlı kəndi ərazisinə düşür. H. Zərdabinin "Kaspi" qəzetindəki 1899-cu il 3 sentyabr tarixli məqaləsində adı çəkilən Mövlanənin məskunlaşdığı kənd də məhz keçmiş Kürdəmir kəndidir.
Kür sözünün dəli Dəmirə, kür Dəmirə aid olduğu ehtimalı da çox azdır. Ona görə ki, Kürdəmir rayonu ərazisində yaşayanlar qədim dövrlərdən daim oturaq həyat keçirmiş, əsas məşğuliyyətləri isə əkinçilik bağçılıq, heyvandarlıq, balıqçılıq, baramaçılıq olmuşdur.
Dəli Dəmirin isə köçəri padar tayfalarından olduğu iddia edilir. Padar oykoniminin isə Kürdəmir termini ilə bağlılığı yoxdur. Tədqiqatçı Tofiq Əhmədov padarlarla bağlı belə yazır:
“Kür formasında bu hidronimi ilk dəfə Strabon (I əsr) çəkmişdir. Lakin e.ə. VIII əsrə aid Urartu mənbəyində Kuriaini adlı “ölkə” adı çəkilir. Tədqiqatçılar bu ölkəni Türkiyə ərazisində Çaldıran gölünün hövzəsində, Kür çayının yuxarı axınında lokalizə edir və onun Kür çayının adını əks etdirdiyini yazırlar. Əgər bu bu fikir həqiqəti əks etdirirsə, onda belə qənaətə gəlmək olar ki, Kür hidronimi e.ə. VIII əsrə aiddir”.[6] |
Kür sözünün mənası haqqında isə elmi araşdırmalarda iki fikir söylənmişdir. Akademik "A. Axundov onu udin dilindəki kur – "quyu"[7], K. H. Əliyev isə qrız dilindəki kur – "çay" sözü ilə əlaqələndirmişdir.[6][8]
Toponomika elminin etnoqrafiya və arxeologiya elmləri ilə əlaqəli olduğunu nəzərə alaraq Kürdəmir rayonu ərazisində kürd etnoqrafiyasının nümunələri və arxeoloji abidələrinin olmadığı bir daha təsdiqini tapın. Elmi araşdırmalar nəticəsində Kürdəmir rayonu ərazisində iki arxeoloji abidə dövlət qeydiyyatına götürülmüşdür. Hazırda həmin abidələrdən biri rayonun Ərəbqubalı kəndi ərazisində yerləşir. "Şəhərgah yaşayış yeri" adlanan arxeoloji tarixi abidə isə orta əsrlərdə mövcud olmuş Şirvan adlı şəhərin qalıqları hesab olunur və böyük bir ərazini əhatə edir. "Şəhərgah yaşayış yeri" abidəsi ərazidə yaşayanların oturaq həyat keçirdiyini və şəhər mədəniyyətinə malik olduğunu bir daha sübut edir.
Tarixi abidənin ərazisindən tapılmış şirli və şirsiz qab qalıqları, dəmir və sair əşyalar abidənin tarixinin qədim olduğunu təsdiqləyir. Abidə ərazisindən tapılan mis pullar Şirvanşah I Axsitanın (1161 – 1197) adından kəsilmişdir.[9]
Kürdəmir rayonu ərazisində olan Ərəbxana, Ərəbqubalı, Çöl Ərəb kəndlərinin ərəb mənşəli toponimlər olduğu aydındır. "Şəhərgah yaşayış yeri" tarixi abidəsinin yerləşdiyi ərazi də Ərəbqubalı kəndi ərazisindədir.
XIX əsrə aid məlumata görə, Zaqafqaziyada adında ərəb etnoniminin iştirak etdiyi 29 kənd mövcud olmuşdur. "Kürdəmir rayonunun toponimləri" kitabında Ərəbqubalı toponimi belə izah olunmuşdur: "Ərəbqubalı (Ərəb Qubalı) kəndinin adı Ərəbkefəli adının təhrif edilmiş formasıdır. VIII əsrdə mənşəcə İraqın Kefə mahalından Azərbaycana köçürülmüş ərəb ailələrinin bir hissəsi burada Ərəbkufəli adı ilə (yəni, Kufədən çıxmış ərəblər) adlanmışdır".[10]
Tədqiqatçılar hesab edirlər ki, "Şəhərgah yaşayış yeri"ndə mövcud olmuş 25 ha sahəni əhatə edən Şirvan şəhərində də məhz indiki Ərəbqubalıların əcdadları yaşamışlar.
İkinci abidə isə Sığırlı kəndinin şimal tərəfindəki qəbiristanlıq ərazisində yerləşir və "Qaratəpə yaşayış yeri və qəbiristanlıq" arxeoloji abidəsi adlanır. Eramızın ilk orta əsrlərinə aid olduğu ehtimal edilən bu tarixi abidə bir zamanlar karvan yolu üzərində yerləşən tarixi təpələrdən hesab edilir. Elmi tədqiqatlara istinad etsək karvan yolu üzərində yerləşən belə təpələrin şimaldan cənuba istiqamətlənməklə Cənubi Azərbaycan ərazisindən keçməklə Yaxın Şərq ölkələri ərazisinədək sıralandığı aydın olar.
Toponomik baxımdan Kürdəmir sözünün Kürün dəymədiyi yer kimi formalaşması ehtimalı daha düzgündür və bu versiya yerli əhali tərəfindən daha çox qəbulediləndir.
Faktlar da bunu bir daha sübut edir. Kürdəmir rayonunun cənub sərhədi boyu 80 km-dən çox bir ərazidə axan Kür çayı XX əsrin 50-ci illərinə qədər tez-tez daşar və çayın sahilində heç bir qoruyucu sədd olmadığından hazırkı Şilyan, Sor-Sor və Muradxan kəndləri ərazisindən axan Qarasuçayın sel daşqınları ilə birləşərək bütün əraziləri basar, qarşısına keçəni yuyub aparardı. Bu cür daşqınlar əsasən yazın sonu və yayın əvvəllərində baş verdiyindən Kür sahili kəndlərin əhalisi həmin vaxtlarda subasmayan vadilərə köçər və sel təhlükəsi sovuşana qədər oralarda məskunlaşardılar.
Kür və Qarasuçayın birləşərək yaratdığı daşqınlar hazırkı Sor-Sor kəndi ərazisindən xeyli şimal tərəfə qədər ərazini su altında qoyardı. İndiki Kürdəmir şəhəri ərazisinə isə su gəlib çıxmaz, bu yer Kürün daşqınlarının toxunmadığı sahə hesab olunardı. Odur ki, Kürün dəymədiyi yer, sahə elə Kürdəmirdir. Dilin inkişafı zamanı gedən proseslər Kür dəymir ifadəsində də dəyişikliklər yaratmış və bu ifadə assimilyasiyaya uğradığından Kürdəmir şəklində formalaşaraq coğrafi termin kimi qeydə alınmışdır.
XX əsrin 50-ci illərində keçmiş SSRİ hökumətinin qərarına əsasən torpaqların qorunması məqsədi ilə Qarasuçayın yatağı dəyişdirilmiş, ərazilər sel və daşqın təhlükəsindən xilas olmuşdur.
Mingəçevir su elektrik stansiyasının tikilməsi və Kür çayı ətrafında yaradılan qoruyucu bəndlər (el arasında bu bəndlər məsnə adlandırılır), Kür çayındakı sel və daşqınların da qarşısını kəsmişdir.
Nazim Tapdıqoğlunun "Kürdəmir rayonunun toponimləri" kitabında yazılıb:
Kürdəmir toponimi “Kürün dəymədiyi yer” kimi mənalandırılır. Doğrudan da Kür ovalığındakı ərazilər çoxlu çay daşqınlarına məruz qaldığına görə, toponim su basmasından kənarda, yəni, Kürün dəymədiyi yer kimi formalaşmışdır. |
Tədqiqatçı alim N. Tapdıqoğlunun tərtib etdiyi adı çəkilən tədqiqat əsərində Kürdəmir rayonunun bütün yaşayış məntəqələrinin adı haqqında məlumatlar verilmişdir. Məsələn: Xırdapay kəndinin adının XIX əsrin ortalarında Muğan düzünün şimalında yaşayan şahsevənlərin bir qolu olan xırdapaylılardan götürüldüyü iddia edilir. Sözün izahı isə belə verilmişdir.
Xır, xırda sözünün ilk variantıdır. Xır – süni suvarma ilə becərilən əkin sahəsinə deyilir. Xır və ya Kür sözü bəzi Türkdilli xalqlarda tarla, zəmi və ya düzənlik mənalarında işlədilir. |
Kürdəmir şəhərində idmanda da yüksək səviyyəli inkişaf gedir. Bu mənada 2008-ci ilin 24 sentyabr tarixində istifadəyə verilən Kürdəmir Olimpiya İdman Kompleksi ən yaxşı nümunədir. Kompleks şəhərdə olimpiya və qeyri-olimpiya növləri üzrə idmançıların artırılmasına, uşaqların asudə vaxtlarının səmərəli istifadəsinə böyük töhfə vermişdir.[11]
Rayonda ən populyar idman növü güləş və voleyboldur. Azərbaycan millisinə güləşçilər yetişdirən Kürdəmirin komanda idman növlərindəki fəxri "Kürdəmir Kişi Voleybol Komandası"dır. Dəfələrlə Azərbaycan çempionatının medallarına yiyələnən klub kişi voleybolunda hegomoniyasını davam etdirir. Belə ki, komanda 2013–14 idman mövsümündə də uğurla çıxış edərək Azərbaycan voleybol liqasının "Dördlər finalı"na yüksəlmişdi.[12]
Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Ağsu, Göyçay, Ucar, İmişli, Sabirabad, Hacıqabul və Zərdab rayonları ilə həmsərhəddir.
Kürdəmir sözünün etimologiyası haqqında bir neçə versiya var. Kürdəmir — "Kür" və "Dəmir" sözlərindən olduğu ehtimal olunur (Şirvan dialektində "Kür" sözü çılğın, cəsur, igid, qoçaq anlamında, "Dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi yaşayış məskəninin, obanın igidlərinin xası, başçısı, sərkərdəsi olan igid Dəmir, qoçaq Dəmir, cəsur Dəmir mənasında işlənmişdir).
Kürdəmir — "kür dəymir" sözlərindən götürüldüyü ehtimal olunur. Yəni, Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəymir kimi adlanmış, zaman keçdikcə "Y" samiti assimilyasiya (aşınma) olmuş və "Kürdəmir" şəklində işlənmişdir. Ərazisi 163151 hektar olmaqla ölkə ərazisinin 1,9 %-ni təşkil edir. Rayon 23 inzibati ərazi vahidliyi, 1 şəhər, 2 qəsəbə, 30 bələdiyyə ilə əhatə olunmuşdur.
Rayon ərazisinin meyilliyi 1 dərəcə, dəniz səthindən hündürlüyü 0 200 m (dərinlik və hündürlük şkalası üzrə), havanın orta illik temperaturu 15 °C dərəcə, yağışların illik miqdarı 250–300 mm, küləyin sürəti 2–3 m/san, quru subtropik iqlimə xarakterikdir.
Rayonun əsas fəaliyyəti bitkiçilik və heyvandarlığı inkişaf etdirmək olmaqla, son zamanlar bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq ticarət, xidmət və digər sahələr üzrə kiçik sahibkarlıq fəaliyyətinə geniş yer verilmişdir.
Rayonun ərazisindən Ağsu — Kürdəmir — Bəhrəmtəpə avtomobil yolunun 43 km (III dərəcəli), Ələt — Qazıməmməd — Kürdəmir — Yevlax yolunun 42 km (II dərəcəli), Bakı -Tbilisi baş dəmir yolunun 44 km hissəsi keçir.
Rayonun Sığırlı kəndi ərazisində yerləşən "Qaratəpə" yaşayış yeri və qəbiristanlıq ilk orta əsrlərə aid olduğu ehtimal olunur. Ölkə əhəmiyyətli arxeoloji tarixi abidədir. Abidə dövlət tərəfindən qorunur.
Ərəbqubalı kəndi ərazisində "Şəhərgah" yaşayış mənətəqəsi IX –XI əsrdə Şirvan adlı şəhərin qalıqları olduğu ehtimal olunur. Abidədə son dəfə 2009-cu ildə AMEA-nın Arxieologiya institutunun əməkdaşı, professor Qafar Cəbiyeb tədqiqat işləri aparmışdır. Yerli əhəmiyyətli bu abidə dövlət tərəfindən qorunur[13]
Kürdəmir rayonunun ərazisi 1631,5 km², əhalinin bir kvadrat kilometrə sıxlığı 67 nəfər təşkil edir. Rayonda 1 şəhər, 2 qəsəbə, 59 kənd vardır. Rayonun iri yaşayış məntəqələri Kürdəmir şəhəri, Karrar və Qarabucaq qəsəbələri, Atakişili, Xırdapay, Yenikənd, Mollakənd, Şilyan, Qarasaqqal, Muradxan, Köhünlü, Sığırlı kəndləridir. Rayonda adambaşına 1.1 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi düşür. 2013-cü ilin yanvar ayının 1-i vəziyyətinə rayonun əhalisi 108 900 nəfər olmuş və 2012-ci il ərzində 1 400 nəfər(2011-ci ildə rayonun əhalisi 107 500 nəfər), yaxud 1,2 % artmışdır. Əhalinin ümumi sayından 54 300 nəfərini və ya 49,9 %-i kişilər, 54 600 nəfərini və ya 50,1 %-i qadınlar təşkil edir. Əhalinin(o cümlədən Kürdəmir şəhərinin əhalisi 21 500 nəfər) 19,74 %-i şəhər yerlərində, 80,26 %-i (kənd əhalisi 87 400 nəfər)kəndlərdə yaşayırlar.
Rayon sakinlərinin 26 682 nəfəri 24,5 %-i 0–14 yaşda olan uşaq və yeniyetmələrdən,74 050 nəfəri 68 %-i əmək qabiliyyətli yaşda olanlardan və 8 168 nəfəri 7,5 %-i əmək qabiliyyətli yaşdan yuxarı olanlardan ibarətdir. Əhalinin orta yaş həddi 31 yaşdır. Rayonda 2215 nəfər məcburi köçkün, 300 nəfər qaçqın məskunlaşmışdır. Şəhid ailələrinin sayı 113, Qarabağ müharibəsi əlillərinin sayı 60 nəfərdir.[14]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
<ref>
etiketi; "ReferenceA" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |